Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ceyhun Məmmədov Kürdəmir, İsmayıllı və Qobustan rayonlarında məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb

Ceyhun Məmmədov Kürdəmir, İsmayıllı və Qobustan rayonlarında məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb

02.02.2020 [10:09]

Yeni Azərbaycan Partiyasının (YAP) 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov təbliğat kampaniyası çərçivəsində Kürdəmir, İsmayıllı və Qobustan rayonlarında məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb.
Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salıb və qarşıdan gələn parlament seçkiləri ilə bağlı seçicilərə məlumat verib. YAP-ın bu seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qatıldığını qeyd edən Arif Fərzəliyev partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb. Deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verən A.Fərzəliyev onun fəaliyyətini yüksək qiymətləndirib.
Çıxış edən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ceyhun Məmmədov ölkəmizdə aparılan köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. O bildirib ki, bu islahatlar nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Daha sonra seçki platforması haqqında geniş məlumat verən C.Məmmədov vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.
Görüşdə çıxış edən namizədin vəkilləri parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildiriblər. Onlar görüş iştirakçılarını fevralın 9-da fəal olmağa, deputatlığa namizəd Ceyhun Məmmədova səs verməyə çağırıblar.
Görüşün sonunda seçicilər onları maraqlandıran sualları deputatlığa namizəd Ceyhun Məmmədova ünvanlayıblar.

Paylaş:
Baxılıb: 628 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30