/ / Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası seçkilərə qələbə əzmi və geniş sosial baza ilə gedir
Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası seçkilərə qələbə əzmi və geniş sosial baza ilə gedir
04.02.2020 [09:43]
68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Elman Nəsirov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, ölkəmizdə parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası mərhələsindəyik. Siz ölkəmizdə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz?
- Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq ölkəmizdə parlament seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin qeydə alınması mərhələsi yanvarın 10-da başa çatmışdır. Bu prosesdə növbəti mərhələ - seçkiqabağı təbliğat-təşviqat kampaniyası aparılması yanvarın 17-dən fevralın 8-i saat 08:00-dək davam etdiriləcəkdir.
Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində ekspert qrupu, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılmışdır.
Parlament seçkilərində “exit poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dən MSK-ya təqdim etmiş və onların qeydiyyata alınması yanvarın 30-da başa çatmışdır. Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət etmişdir. Deputatlığa namizədliyi qeydə alınan vətəndaşların sayı 1637 nəfər olsa da, indiyə qədər namizədliyini geri götürənlər də var. Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 429 beynəlxalq müşahidəçi, 58344 yerli müşahidəçi akkreditasiyadan keçmişdir.
Beləliklə, seçkiqabağı yaradılmış münbit mühit, həm namizədlərin, həm də beynəlxalq və yerli müşahidəçilərin sayının kifayət qədər çoxluğu bir daha təsdiqləyir ki, seçkilərin azad rəqabət, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün müvafiq siyasi atmosfer tam formalaşmışdır.
- Parlament seçkilərinə az bir vaxt qalıb. Sizcə, Yeni Azərbaycan Partiyası seçkilərə hansı nailiyyətlərlə gedir?
- Hakim Yeni Azərbaycan Partiyası seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir. Bu da təsadüfi deyildir. Məlum həqiqətdir ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı ümumxalq partiyası olan YAP ölkəmizin aparıcı siyasi qüvvəsidir. Bu partiyanın rəhbəri, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, sistemli və ardıcıl siyasəti sayəsində Azərbaycan regional liderə çevrilmişdir. Dövlətimiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmiz və onun əsas siyasi qüvvəsi olan YAP parlament seçkilərinə dərinləşən islahatlar kursu və onun ciddi nəticələri ilə gedir. Bu islahatların təşəbbüskarı və müəllifi möhtərəm Prezidentimiz İlham Əliyevdir. Bu islahatlar öz mahiyyəti etibarilə hərtərəfli olub, həm siyasi, həm iqtisadi, həm sosial, eyni zamanda, struktur və kadr sahələrini əhatə edir. Son bir il ərzində minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70%, bəzi müavinətlər 50%, bir sıra müavinətlər isə 2 dəfə artmışdır. 2019-cu ildə həyata keçirilən iki sosial islahatlar paketi 4,2 milyon insanı əhatə etmişdir. Sosial infrastrukturla bağlı böyük işlər görülmüşdür. 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və ya təmir edilmişdir.
Valyuta ehtiyatlarımız 51 milyard dollara çatmışdır. Müqayisə üçün bildirim ki, işğalçı Ermənistanda analoji göstərici cəmisi 2 milyard dollar təşkil edir. Ölkəmizin ÜDM-i 47,6 milyard dollara bərabərdir. Ermənistanda isə 13 milyard dollar. Ölkəmizin valyuta ehtiyatları xarici borcunu 6,4 dəfə üstəliyir. Ermənistanda isə, əksinə, xarici borc valyuta ehtiyatlarından 2,3 dəfə artıqdır.
Vergi və gömrük orqanlarında aparılan köklü islahatlar nəticəsində xəzinəyə bir milyard manat əlavə vəsait daxil olmuşdur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün bu toplanmış əlavə vəsait sosial sahəyə yönəldilir. Xüsusi həsas kateqoriyadan olan insanlara dövlət qayğısı ən yüksək səviyyədədir. Ötən il ərzində 12 min şəhidin 18 min vərəsəsinin hər birinə 11 min manat birdəfəlik ödəniş həyata keçirilmişdir. Keçən il şəhid ailələri və müharibə əlilləri üçün üçün 934 mənzil, əlilliyi olan şəxslərə 600 avtomobil verilmişdir.
Bu da əlamətdar hadisədir ki, ötən il dekabrın 24-də Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq və bütün məmurlara bir örnək olaraq ad gününü Nizami rayonunda şəhid ailələri və müharibə əlilləri üçün tikilmiş 96 mənzillik binanın öz sahiblərinə verilməsi mərasimində keçirdi. Dövlət başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahının dayanması həqiqəti məlum addımları şərtləndirən həlledici amildir.
Yeridilən sosial mahiyyətli dövlət siyasəti sayəsində ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi mövcuddur. Azərbaycan dünyada sabitlik və təhlükəsizlik məkanı kimi tanınmışdır. Bunun əsasında xalq-hakimiyyət birliyi, xalqın öz Prezidentini birmənalı olaraq müdafiə etməsi, Prezidentin isə yalnız xalqın milli mənafeyindən irəli gələn müstəqil siyasəti həyata keçirməsi kursu dayanır. Bir sözlə, ümumxalq partiyası olan YAP seçkilərə qələbə əzmi və geniş sosial baza ilə gedir.
- Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar keçirilir. Sizcə, qanunvericilik sahəsində də aparılan islahatlar ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?
- Cənab İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq yenidən Prezident seçildikdən sonra Milli Məclisdə andiçmə mərasimində söylədiyi proqram xarakterli nitqində ölkəmizdə bu gün həyata keçirilən dərin və hərtərəfli islahatlar kursunun əsas istiqamətlərini elan etmişdir. Bu islahatlar genişmiqyaslı olub həm hakimiyyətin icra, həm məhkəmə, həm də qanunvericilik sahələrini özündə ehtiva edir. Xüsusilə də qanunvericilik sahəsində islahatların həyata keçirilməsi zamanın tələbinə çevrilmişdir. Bu da səbəbsiz deyildir, çünki bütün digər sahələrdə uğurlu islahatların həyata keçirilməsi üçün onların qanunvericilik bazasının yaradılması və ya təkmilləşdirilməsi olduqca vacib məsələlərdir. Bütün bu reallıqları nəzərə almaqla hakim Yeni Azərbaycan Partiyası mühüm siyasi addım atmışdır. 2019-cu il noyabrın 28-də Yeni Azərbaycan Partiyası Şiyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunmuşdur. Bunun ardınca Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında YAP deputatlarının təşəbbüsü müzakirə olunmuş və qərar qəbul edilmişdir. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişlər.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Republikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilən parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərmişdir.
Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilmişdir.
Prezident İlham Əliyev dekabrın 5-də “Azərbaycan Republikasının Milli Məclisinin 5-ci çağırışının buraxılması, Azərbaycan Republikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Republikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilmişdir.
Bir sözlə, yeniləşən, müasirləşən Azərbaycana yeni və müasir parlament lazımdır. Elə bir parlament ki, Prezident İlham Əliyevin dərinləşən və genişmiqyaslı islahatlar kursuna adekvat fəaliyyət göstərsin, ölkəmizdə qanunun aliliyinin qorunması işinə hüquqi müstəvidə layiqli töhfə versin. Həm sosial, həm iqtisadi, həm siyasi, həm də struktur və kadr islahatlarının keyfiyyətcə yeni mərhələyə keçməsi üçün müvafiq qanunvericilik bazasını formalaşdırsın. Bu, artıq zamanın tələbidir.
- Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşürsünüz. Seçicilər Yeni Azərbaycan Partiyasının seçki proqramını necə qiymətləndirirlər?
- Bəli, yanvarın 17-dən başlayaraq parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinə start verilmişdir. Bu seçkilərdə namizədliyimYAP tərəfindən 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə irəli sürülmüşdür. Hesab edirəm ki, bu, hakim partiya rəhbərliyinin, xüsusən də dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin mənə böyük etimadıdır və bunu doğrultmaq mənim üçün ümdə vəzifədir. Elə bu məntiqlə də fəal seçki kampaniyası aparıram. 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan 34 seçki məntəqəsinin hər birində seçicilərimlə intensiv olaraq görüşür, Prezident İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə respublikamızın əldə etdiyi daxili və xarici siyasət uğurları haqqında geniş məlumat verirəm. Seçicilər möhtərəm Prezidentimizin müəllifi olduğu istənilən təşəbbüsü, xüsusən də həyata keçirdiyi dərinləşən islahatlar kursunu ruh yüksəkliyi ilə qarşıladıqlarını bildirirlər. Qeyd edirlər ki, cənab İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində Azərbaycan bu gün dünya miqyasında böyük hörmət sahibidir. Ölkəmiz multikulturalizmin mühüm məkanlarından birinə çevrilmişdir. Bu diyarda müxtəlif millətlərin və konfessiyaların daşıyıcıları bir ailə kimi yaşayırlar. Bu həm dövlət siyasətidir, həm də ictimai sifarişdir.
Seçicilər cənab İlham Əliyevin rəhbərliyi ilə YAP-ın hazırladığı seçki platformasını müdafiə etdiklərini bildirirlər. Xüsusilə də, sosial-iqtisadi, ictimai-siyasi, humanitar, təhsil, tibbi, infrastruktur, qeyri-neft sektorunun inkişafı, hərbi quruculuq və digər sahələrdə atılan və atılması planlaşdırılan addımları birmənalı şəkildə dəstəklədiklərini vurğulayırlar. Onlar inamlarını ifadə edərək bildirirlər ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin möhkəm siyasi iradəsi, prinsipiallığı, qətiyyəti, böyük diplomatik məharəti və xüsusilə də ümumxalq dəstəyinə malik olması sayəsində ən ağır problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapacaqdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45

