Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Emin Hacıyevin Sumqayıt şəhərində seçicilərlə görüşləri davam edir

Emin Hacıyevin Sumqayıt şəhərində seçicilərlə görüşləri davam edir

06.02.2020 [09:43]

Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədi Emin Hacıyevin 8-ci və 9-cu mikrorayonda yaşayan sakinlərlə, eləcə də YAP Sumqayıt şəhər təşkilatında rabitə işçiləri ilə görüşü keçirilib.
Görüşlərdə çıxış edən namizədin vəkilləri ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən, o cümlədən Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Sumqayıt şəhərində əldə olunan inkişafdan bəhs ediblər. Natiqlər YAP-ın 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədi Emin Hacıyevin fəaliyyəti ilə bağlı məlumat verib, onun diasporun inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycanda və Rusiyada bir-birindən əhəmiyyətli layihə və tədbirlərin icraçısı kimi fəaliyyətindən danışıblar.
Çıxış edən deputatlığa namizəd Emin Hacıyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib və qeyd edib ki, bu, böyük bir inam və etibardır. Emin Hacıyev seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə fəal iştirak etməyə, öz siyasi iradələrini göstərməyə səsləyib.
Görüşlər zamanı həmçinin vətəndaşlar tərəfindən səsləndirilən təklif və müraciətlər dinlənilib. Görüşlərdə çıxış edən sakinlər fevralın 9-da Emin Hacıyevə səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30