Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın namizədi Nəsib Məhəməliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir

YAP-ın namizədi Nəsib Məhəməliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir

06.02.2020 [09:49]

9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 109 saylı Balakən seçki dairəsi üzrə namizədi Nəsib Məhəməliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri uğurla davam edir. Rayonun Şərif kəndində keçirilən görüşdə namizədin vəkilləri və təşviqat qrupunun üzvləri Nəsib Məhəməliyevin fəaliyyəti haqqında məlumat verib, seçicilərin YAP-ın namizədinə səs verəcəyinə və öz növbəsində N.Məhəməliyevin də növbəti dəfə seçicilərin etimadını doğruldacağına əminliklərini bildiriblər.
Çıxış edən Nəsib Məhəməliyev Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib. O həmçinin ölkəmizdə reallaşdırılan uğurlu siyasət və onun möhtəşəm nəticələri barədə danışıb. Deputatlığa namizədin sözlərinə görə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Bu gün həyata keçirilən genişmiqyaslı islahatlar həyatın bütün sahələrini əhatə edir və geniş inkişaf göstəriciləri ilə müşayiət olunur. Qarşıdakı dövrdə isə bizi daha böyük uğurlar gözləyir. Ona görə də YAP seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir”.
Nəsib Məhəməliyev rayon sakinlərini fevralın 9-da fəal olmağa, YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər - Şamil Çikarov, Şəmsəddin Tuhumov, Cəmilə Zırnıxova, Sabir Herdayev, Ramazan Noyev, Adilə Hacıyeva, Ramazan Xutrayev və digərləri Nəsib Məhəməliyevin millət vəkili kimi, hər zaman seçicilərin yanında olduğunu, onları layiqli şəkildə təmsil etdiyini, seçicilərinin qayğılarına yüksək həssaslıq və diqqət göstərdiyini vurğulayıblar. Qeyd olunub ki, Balakən rayon seçiciləri 9 fevralda birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının namizədi Nəsib Məhəməliyevə səs verəcəklər.
YAP-ın namizədinin digər görüşü Şambul kəndində Acılıq Binə yaşayış məntəqəsində keçirilib. Görüşdə N.Məhəməliyevin V çağırış Milli Məclisin deputatı kimi uğurlu fəaliyyəti barədə məlumat verilib, onun hər zaman seçiciləri ilə bir yerdə olduğu xüsusi qeyd olunub. Görüşdə çıxış edən seçicilər - Arzu Ömərova, Minaya Ağcayeva, Məlahət Həsənova, İlham Ağcayev, Arzu Qocayev və digərləri əmin ediblər ki, 9 fevralda məhz YAP-ın namizədini dəstəkləyəcəklər.

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30