Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tərtərli seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

Tərtərli seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

07.02.2020 [09:47]

95 saylı Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Əsədov Eldar Garay oğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Belə ki, YAP-ın namizədi həm qanunvericiliyə uyğun olaraq nəzərdə tutulan yerlərdə ümumi toplantılar keçirir, həm də məhəlli görüşlərində iştirak edir, seçicilərin evlərinə gedib onlarla səmimi söhbətlər aparır.
Dünən bu istiqamətdə tərtərli seçicilərlə növbəti görüş keçirilib. Seçicilərlə görüşdə ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu deyən deputatlığa namizəd bildirib ki, bundan əvvəl ölkəmizdə keçirilən bütün seçkilərdə olduğu kimi, fevralın 9-da keçiriləcək parlament seçkilərinə də partiyamız ciddi hazırlaşıb: “YAP 123 seçki dairəsinə özünün layiqli namizədlərini irəli sürüb”.
O, həmçinin ölkəmizin hərtərəfli inkişafı, dövlətimizin beynəlxalq aləmdə artan nüfuzu, əhalinin sosial rifah halının durmadan yaxşılaşdırılması istiqamətində görülən işlərdən, eləcə də bu gün Yeni Azərbaycan Partiyasının dövlət və xalq naminə yürütdüyü siyasətdən danışıb.
Öz növbəsində seçicilər fevralın 9-da YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30