Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / «Cəsurluq Məktəbi» layihənin iştirakçılarına sertifikatlar təqdim olunub

«Cəsurluq Məktəbi» layihənin iştirakçılarına sertifikatlar təqdim olunub

15.02.2020 [11:34]

Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XII-ci qrant müsabiqəsinin qalibi seçilmiş «Cəsurluq Məktəbi» adlı layihənin təlim tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytən Məmmədova dünyada ən böyük qəhrəmanlıqların məhz vətən naminə edildiyini, əsl vətəndaşa vətən sevgisinin aşılanmalı olduğunu bildirib.
YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nizami Babaşov çıxış edərək, vətən müdafiəçilərinin bu gün də ölkə rəhbərliyinin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
«Cəsurluq Məktəbi» adlı layihənin təlimçisi Səxavət Hidayətoğlu isə disskusiya şəklində müzakirələr aparıb, təklif və sualları dinləyərək gənclərlə öz fikirlərini ətraflı bölüşüb.
Layihə gənclərin böyük marağına səbəb olub. Sonda tədbir iştirakçıları olan gənclərə sertifikatlar təqdim olunub.

Paylaş:
Baxılıb: 877 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30