/ / YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələrdə məsuliyyət” mövzusunda videokonfrans keçirilib
YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələrdə məsuliyyət” mövzusunda videokonfrans keçirilib
10.06.2020 [09:20]
ABŞ Prezidenti Donald Trampın imzaladığı “Onlayn senzuradan müdafiə barədə” sərəncam təkcə dünya mediasında deyil, hətta sosial şəbəkələrdə də çox ciddi müzakirə mövzusuna çevrilib. Təbii ki, belə olan təqdirdə, sosial şəbəkələrin genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir. Sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır. Bununla bağlı olaraq gənclərin sosial şəbəkələrdən düzgün formada istifadə etməsi məqsədi ilə YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələrdə məsuliyyət” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Milli Məclisin deputatları Etibar Əliyev, Ramin Məmmədov, Naqif Həmzəyev, Bəhruz Məhərrəmov, Kamal Cəfərov və YAP Gənclər Birliyinin 80-dən çox fəal üzvü iştirak edib.
Müzakirə zamanı bütün dünyada çox mənfi tendensiyanın hökm sürdüyü, sosial şəbəkələrə çıxışı olan bəzi şəxslərin platformaların imkanlarından istifadə edərək, müxtəlif vəzifəli şəxslərə, siyasi qruplara qarşı çirkin kampaniya aparması, həmçinin sosial şəbəkələrdə terrora, qanunazidd əməllərə, siyasi quruluşun zorla dəyişdirilməsinə təhrik edən paylaşımların müxtəlif qruplar tərəfindən digər ölkələrin rəhbərliklərinə qarşı istifadə olunması diqqətə çatdırılıb.
Milli Məclisin deputatları və konfrans iştirakçıları sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan bu qlobal prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməli olduğunu vurğulayıblar. Həmçinin qeyd edilib ki, internet üzərindən terrora, müharibəyə, qarşıdurmaya, vətəndaşlara təhqir çağırışları varsa, eyni zamanda, ictimaiyyətə başqa formada fikirlər çatdırılırsa və bu da çaşqınlıq yaradırsa, bunun qarşısı alınmalı və insanlar öz məsuliyyətlərini dərk etməli, sosial platformaların sahibləri isə bu məsələdə istifadəçilərə ciddi qadağalar tətbiq etməlidirlər. Sonda videokonfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, gənclərin təklifləri dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30

