Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yevlaxda şahmat idman növü üzrə onlayn rayon birinciliyi keçirilib

Yevlaxda şahmat idman növü üzrə onlayn rayon birinciliyi keçirilib

12.06.2020 [19:11]

15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı və Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında şahmat idman növü üzrə onlayn rayon birinciliyi keçirilib. 

YAP Yevlax rayon təşkilatından verilən məlumata görə, yarışın təşkilinin əsas məqsədi 15 iyun - Milli Qurtuluş Gününün əsl mahiyyətini bir daha məktəblilərin diqqətinə çatdırmaq, sosial izalyasiya şəraitində məktəblilərin asudə vaxtının səmərəli təşkilini həyata keçirmək və müasir texnologiyaların bu gün müxtəlif sahələrdə olduğu kimi, idman sahəsindədə rolunu nümayiş etdirmək olub. Şahmat turniri Yevlax UGİSM virtual klubunda məktəblilərin iştirakı ilə İsveçrə sistemi üsulu əsasında 7 oyundan ibarət şəkildə təşkil olunub. Gərgin mübarizə sonunda ilk üç yeri tutanlar və fərqlənən digər beş iştirakçı YAP Yevlax rayon təşkilatının fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar. Mükafatlar karantin rejimi qaydaları qorunmaq şərtilə fərdi şəkildəYAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev, YAP Yevlax rayon təşkilatının Gənclər Birliyinin sədri Maqsud Süleymanlı və Yevlax UGİSM-in direktoru Rəşad Bəhmənli tərəfindən qalib məktəblilərin evlərində verilib. Məktəblilər onların asudə vaxtlarının maraqlı keçirilməsi üçün təşkil edilən şahmat turnirinə görə təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər. 

YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev isə öz növbəsində hər bir məktəblini qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə təbrik edərək,  bundan sonrada bu kimi idman yarışlarının davamlı olaraq təşkil olunacağı bildirib. Sonda hər bir qalib iştirakçı ilə xatirə şəkli çəkdirilib.

 

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30