Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Tərtər rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə videokonfrans keçirilib

YAP Tərtər rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə videokonfrans keçirilib

08.07.2020 [09:25]

Ramiz Şabanov: Pandemiyaya qarşı mübarizədə Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq həmrəyliyin əldə edilməsinə böyük töhfələr verir
Yeni Azərbaycan Partiysı (YAP) Tərtər rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə videokonfrans keçirilib. Tədbir yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü və bu təşəbbüsün dünya dövlətləri tərəfindən qiymətləndirilməsinə həsr olunub.
Çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov videokonfrans iştirakçılarının nəzərinə çatdırıb ki, ölkəmizdə yeni növ koronavirus infeksiyasının qeydə alındığı ilk gündən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq çərçivəsində pandemiyaya qarşı mühüm addımlar atıb. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası həm regional, həm də qlobal səviyyədə bu bəlaya qarşı mübarizə aparılması üçün beynəlxalq həmrəyliyin əldə edilməsinə böyük töhfələr verib. R.Şabanovun sözlərinə görə, 2020-ci ilin may ayının 4-də Qoşulmama Hərəkatının təmas qrupunun COVID-19 pandemiyasını qarşısının alınmasına həsr edilmiş onlayn Zirvə görüşündə qurumun Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüslə çıxış etməsi pandemiyaya qarşı beynəlxalq birliyin birgə fəaliyyətinə xidmət edən mühüm addımdır. Qeyd edilib ki, Prezident İlham Əliyevin təşəbbüsünün BMT-yə üzv 130-dan çox dövlət tərəfindən dəstəklənməsi beynəlxalq aləm tərəfindən ölkəmizə olan etimad və hörmətin göstəricisidir.
Tədbirdə, həmçinin yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində dövlət başçısının və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların həyata keçirilməsindən, xüsusi karantin rejimi dövründə tətbiq edilən qaydalara riayət olunmasından və bu işdə ərazi ilk partiya təşkilatlarının üzərinə düşən vəzifələrdən bəhs olunub, tapşırıq və tövsiyələr verilib.
Videokonfransda YAP Tərtər rayon təşkilatının sədr müavini Ədalət Məmmədov, Qapanalı kənd ərazi ilk partiya təşkilatının sədri Lətif Həmidov, Səhləbad kənd ərazi ilk partiya təşkilatının sədri Xəyal Aslanov da çıxış edərək dövlət tərəfindən görülən işlərin Azərbaycan xalqı, eləcə də rayon əhalisin sağlamlığının qorunmasına və sosial müdafiəsinin təmin olunmasına xidmət etdiyini bildirib, qoyulan qadağalara əməl etməyin vacibliyini diqqətə çatdırıblar.

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30