Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Allahverən Əliyev: Prezident İlham Əliyevin təşəbbüsü dünya dövlətlərini ümumi bəlaya qarşı səyləri birləşdirməkdən ibarətdir

Allahverən Əliyev: Prezident İlham Əliyevin təşəbbüsü dünya dövlətlərini ümumi bəlaya qarşı səyləri birləşdirməkdən ibarətdir

09.07.2020 [09:49]

“Müxtəlif sahələrdə regional və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan pandemiya dövründə də yeni formatlarda beynəlxalq təşəbbüskarlığı ilə seçilməkdədir”. Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev bildirib.
Cari ilin aprel və may aylarında Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi imkanlarının Türk Şurası və Qoşulmama Hərəkatı çərçivəsində videokonfrans formatında müzakirə edilməsinin dünya miqyasında böyük rezonans doğurduğunu vurğulayan A.Əliyev deyib: “Azərbaycan Prezidentinin təşəbbüsü əsasında təşkil edilən həmin müzakirələr COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın genişləndirilməsinə diqqətin artırılmasında mühüm rol oynadı. Elə bunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən Prezident İlham Əliyevin təşəbbüsü yüksək qiymətləndirilib və koronavirus pandemiyası ilə mübarizədə qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə edilməsinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının gündəliyinə çıxarılması məqsədəuyğun hesab edilib. Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edilib. Qərarın qəbul edilməsinə dünyanın 130 dövləti tərəfindən müsbət rəy bildirilməsi problemin aktuallığı ilə yanaşı, Prezident İlham Əliyevin təşəbbüsünə yüksək diqqətin təzahürü hesab edilməlidir”.
Rayon təşkilatının sədri deyib ki, Azərbaycan Respublikası Prezidentinin COVID-19 pandemiyasına qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi təşəbbüsü müasir şəraitdə qlobal həmrəyliyin və əməkdaşlığın yeni imkanlarının dəyərləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sözügedən təşəbbüsü irəli sürməkdə məqsədi də məhz dünya dövlətlərini ümumi bəlaya qarşı səyləri birləşdirməkdən ibarətdir.
“Prezident İlham Əliyevin yeni təşəbbüsü həm amansız COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli şəkildə təşkil edilməsində, həm də qlobal miqyasda əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsində yeni imkanlar yaradacaq. Bu təşəbbüs, eyni zamanda, diplomatiya tariximizə ümumdünya problemlərinin həllinə Azərbaycanın yeni və əhəmiyyətli töhfəsi kimi daxil olacaq”, - deyə A.Əliyev qeyd edib.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30