Dünyanı həmrəyliyə dəvət edən çağırış
10.07.2020 [09:59]
Ramiz Göyüşov
YAP Binəqədi rayon təşkilatının sədri
Dördüncü sənaye inqilabının astanasında olan dünyada çox sürətli sosial-iqtisadi və texnoloji proseslər getdiyi bir zamanda bəşəriyyəti lərzəyə salan COVİD-19 infeksiyasının bütün planeti cənginə alması istər sosial-iqtisadi, istərsə də humanitar sahədə olduqca çətin və mürəkkəb vəziyyət yaradıb.
Dünya COVİD-19 infeksiyası ucbatından çox ciddi problemlərlə üzləşib. Bir çox sənaye sahələrində istehsal prosesi zəifləyib, neftə tələbat azaldığından dünya bazarında neftin qiyməti də kəskin surətdə aşağı düşüb, bu səbəbdən neft hasilatı azaldılıb, yüz minlərlə işçi qüvvəsi ixtisar edilib, neft gəlirləri ciddi dərəcədə azalıb, bu vəziyyət isə həmin sahədə çalışan insanların həyat səviyyəsinə də ciddi təsir göstərib.
İqtisadiyyatın bir sıra sahələri - turizm sektoru, o cümlədən mehmanxanalar, kurortlar, digər istirahət və müalicə müəssisələri, sərnişindaşıma üzrə nəqliyyat sahələri, iri ticarət mərkəzləri, restoranlar, şadlıq evləri və mərasim evləri, digər mədəni-kütləvi istirahət yerləri və s. öz fəaliyyətlərini tamamilə dayandırıb, nəticədə dövlətlərin büdcəsində, eləcə də sahibkarlıq subyektlərinin və bu sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin gəlirlərində milyardlarla dollar həcmində azalma baş verib, işsizlik artıb, əhalinin dolanışıq səviyyəsi aşağı düşüb.
Əhalinin pul gəlirlərinin aşağı düşməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinin dayandırılması nəticəsində dövlətlər öz büdcəsindən kompensasiya, yardım və müavinət formasında milyardlarla dollar vəsait ödəmək məcburiyyətində qalıblar.
Pandemiya başlayandan və bir sıra ölkələrdə pik həddinə çatdıqdan sonra virusa yoluxmanın aşağı düşməsi karantin tədbirlərinin yumşalmasına şərait yaratmasına baxmayaraq, verilən proqnozlar özünü doğrultmayıb, virusa yoluxmanın azalması baş verməyib, əksinə bir çox ölkələrdə yenidən “alovlanmağa” başlayıb.
Pandemiyanın pik səviyyəyə çatdığı günlərdə, mart-may aylarında ayrı-ayrı dövlətlər öz resurs və imkanlarını səfərbər edərək ölkə daxilində pandemiyanın qarşısının alınması istiqamətində müəyyən nəticələrə nail olsalar da, bu nəticələr müvəqqəti xarakter daşıyıb və hazırda COVİD19-un yeni dalğası qarşısında bəzi dövlətlər aciz qalıblar.
COVİD-19 Azərbaycandan da yan keçməyib, “gözəgörünməz düşmən” bizim də “qapımızı döyməyə” başlayıb. Lakin məhz Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kompleks tədbirlər hesabına COVID-19-la mübarizədə bir sıra uğurlar əldə edilib. Eyni zamanda Prezident İlham Əliyev bir sıra qlobal təşəbbüslərlə çıxış edib, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar məbləğində iki dəfə yardım edib, dünyanın 30-dan çox ölkəsinə maliyyə vəsaiti, müxtəlif tipli ləvazimatlar və digər zəruri yardımlar göndərib.
Bu il aprelin 10-da Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) pandemiya ilə əlaqədar videokonfrans formatında fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edərək quruma üzv dövlətləri pandemiya ilə əlaqədar səyləri birləşdirməyə çağırıb. Bəli, bu, ilk belə beynəlxalq toplantı idi və Türk dövlətlərinin başçıları tərəfindən rəğbətlə, dəstəklə qarşılandı.
Məlumdur ki, bu gün Azərbaycanın xarici siyasət kursunun kökündə Ümumilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt dayanır və bu kursu Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ölkə başçısının 2003-cü ildən başlayaraq dünyanın aparıcı dövlətlərinin başçıları ilə ikitərəfli görüşləri, həyata keçirilən uğurlu xarici siyasət Azərbaycan Prezidentinin nüfuzunu etibarlı tərəfdaş kimi günbəgün artırmaqdadır. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlara - MDB, Türk Şurası, GUAM, Avropa Şurasına daxil olan dövlətlərlə həm qurumların daxilində çoxtərəfli, həm də ikitərəfli formatda səmərəli qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri qurub.
Azərbaycan iqtisadi sahədə də regionun çox mühüm dövlətinə çevrilib. Ölkəmizin şaxələndirilmiş neft və qaz kəmərləri təkcə regionun deyil, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan Çin Xalq Respublikasının təşəbbüskarı olduğu “Bir Kəmər, Bir Yol” layihəsində fəal iştirak edir.
Qürurla deyə bilərik ki, bu gün Azərbaycan nəhəng “Şərq-Qərb” və “Şimal- Cənub” nəqliyyat dəhlizlərinin qurulmasının təşəbbüskarı və ən fəal iştirakçısıdır.
Son illər ölkəmizin I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, çoxsaylı dünya və Avropa çempionatlarına, yüksəksəviyyəli beynəlxalq yarışlara ev sahibliyi etməsi Azərbaycanın güclü iqtisadiyyata malik, stabil inkişaf edən, sabit dövlət olduğunu bir daha dünyaya nümayiş etdirir.
2011-ci ildə Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına üzv qəbul edilib. 2012-ci ildə Azərbaycan məhz Qoşulmama Hərəkatına üzv olan dövlətlərin, həmçinin əlavə 35 dövlətin dəstəyi ilə 21 illik müstəqillik tarixində çox mühüm bir uğura imza ataraq BMT Təhlükəsizlik Şurasının Qeyri-Daimi üzvü seçildi, həm də bir neçə ay BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu Azərbaycan dövlətçilik tarixində misli görünməmiş bir uğur idi.
Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təşəbbüsü ilə BMT-də çox mühüm məsələlər müzakirəyə çıxarılıb və qərarlar qəbul edilib. Əlamətdar və fərəhləndirici haldır ki, BMT-yə sədrlik dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2012-ci il mayın 4-də BMT Təhlükəsizlik Şurasının iclası keçirilib, iclasda ölkəmizin təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb, Azərbaycan Prezidenti İlham Əliyev bu tədbirdə çıxış edərək Ermənistanın terroru dəstəkləyən dövlət olduğunu dünyaya çatdırıb. 2013-cü ildə BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda çox mühüm müzakirələr aparılıb.
Ümumiyyətlə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə 59 iclası keçirilib, bu müzakirələrin yekunu üzrə müvafiq qətnamə, qərar və bəyanat qəbul edilib. Bütün bu müzakirələrdə Azərbaycanın haqqın, ədalətin tərəfində olması, dünyada sülh və təhlükəsizliyə böyük töhfələr verməsi ölkəmizə böyük nüfuz qazandırıb. Qoşulmama Hərakatının XVII Zirvə görüşündə Hərəkata üzv ölkələrin yekdil qərarı ilə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə təşkilatın sədrliyinin Azərbaycana həvalə edilməsi barədə qərar qəbul edilərkən istər ölkə daxilində, istərsə də ölkə xaricində Azərbaycanı istəməyən qüvvələr bu hadisəyə ağız büzürdü. Lakin tarix onların yanıldığını və Azərbaycanın doğru yol seçdiyini bir daha təsdiqlədi.
Ölkəmiz, eyni zamanda müxtəlif beynəlxalq humanitar tədbirlərin, mədəniyyətlərarası, sivilizasiyalararası forumların keçirildiyi mərkəzə çevrilib. Bununla da Azərbaycan humanitar sahədə, ölkələr, millətlər arasında qarşılıqlı əməkdaşlığın və etimadın əldə edilməsində mühüm rol oynamaqla beynəlxalq münasibətlərə mühüm töhfələr verir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dünyada Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, dünya xalqları arasında mədəni əlaqələrin inkişafı, dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində, həmçinin səhiyyə, təhsil, mədəniyyət və idman sahəsində həyata keçirdiyi layihələrlə dünya mədəniyyətinə öz töhfələrini verməklə Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında mühüm rol oynayır.
Bütün sadalananlar Azərbaycanın dünyada böyük nüfuz qazanmasına şərait yaradıb. İndi dünyada Azərbaycanla maraqlanan hər kəs bilir ki, Azərbaycan müstəqil siyasət yeridir. O, güclü dövlətdir, onun qətiyyətli, cəsarətli və “Bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik”, - deyən dövlət başçısı var. Bu baxımdan, Azərbaycanı və onun dövlət başçısı İlham Əliyevi dünyada mövcud problemlərin həlli hər zaman narahat edir və O, bu problemlərin həlli ilə əlaqədar qlobal çağırışlar və təşəbbüslərlə çıxış edir.
COVID-19 pandemiyasının elan edildiyi ilk günlərdən Azərbaycan ölkə daxilində zəruri tədbirlər görməklə yanaşı, eyni zamanda, pandemiyadan daha çox ziyan çəkən ölkələrə də yardım əlini uzadıb. Fərəhləndirici haldır ki, öz fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında quran Azərbaycan hökumətinin gördüyü işlərə elə pandemiyanın ilk günlərindən yüksək qiymət verilib. ÜST Azərbaycanda fəal iş aparmaqla yanaşı, həm də beynəlxalq səviyyədə ölkəmizin təşəbbüslərini dəstəkləyir. Təsadüfi deyil ki, ÜST Azərbaycanın təşəbbüskarı olduğu Zirvə görüşlərində iştirak edir və bu görüşlərdə Azərbaycanın fəaliyyətinə yüksək dəyər verir.
Bu gün Azərbaycan iki beynəlxalq təşkilata Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Təbii ki, beynəlxalq təşkilata sədrlik ölkənin böyük beynəlxalq nüfuzuna dəlalət etməklə yanaşı, həm də məsuliyyət yaradır.
Qürur hissi ilə qeyd etməyi lazım bilirəm ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev bu statusda da dünyaya nümunə göstərilir.
Qeyd etmək yerinə düşər ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatının onlayn formatda Zirvə görüşləri çox uğurlu olub. Qəbul edilmiş sənədlərdə Azərbaycan və onun Prezidenti İlham Əliyevin bu təşəbbüsü, pandemiya ilə mübarizədə oynadığı rol və həmrəyliyə hesablanmış addımları yüksək qiymətləndirilib.
Bu gün Azərbaycan Qoşulmama Hərakatının sədri kimi öz liderlik missiyasını daha fəal şəkildə nümayiş etdirir. May ayının 4-də Qoşulmama Hərakatına üzv olan dövlətlərin Zirvə görüşündə məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti, Afrika İttifaqı Komissiyasının sədri və Avropa İttifaqının ali nümayəndəsinin iştirak etməsi Azərbaycan Prezidentinin beynəlxalq nüfuzundan xəbər verir.
Məhz həmin Zirvə görüşündə Prezident İlham Əliyev qlobal həmrəyliyin və əməkdaşlığın nümunəsi kimi pandemiya ilə mübarizədə səyləri birləşdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib.
Qeyd etmək lazımdır ki, bu təəşəbbüs Qoşulmama Hərəkatına üzv olan 120 ölkə arasında yekdilliklə razılaşdırılıb və Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev üzv dövlətlər adından Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi isə öz növbəsində bütün üzv ölkələrə müraciət edərək təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qısa müddət ərzində BMT üzvü olan 130-dan dövlət bu təşəbbüsə dəstək nümayiş etdirib. Elə bu faktın özü Azərbaycanın beynəlxalq səviyyədəki nüfuzunun ən bariz göstəricisidir.
Pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsindən dünya ictimaiyyətinin gözləntiləri çoxdur. Fikrimcə, həmin sessiyada aparılan müzakirə pandemiya ilə mübarizədə dönüş nöqtəsi olacaq.Və salnaməçilər 2020-ci ilin COVID-19 pandemiyası haqqında yazanda bu sessiyanın xüsusi əhəmiyyətini hökmən qeyd edəcəklər. Burada, heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərakatının Sədri İlham Əliyevin adı qırmızı xətlə keçəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

