Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Fəridə Qafarova: İndiki çətin və məsuliyyətli sınaq dövründə gənclərimiz faydalı işlər görməyə çalışmaqda davam edirlər

Fəridə Qafarova: İndiki çətin və məsuliyyətli sınaq dövründə gənclərimiz faydalı işlər görməyə çalışmaqda davam edirlər

11.07.2020 [10:37]

“Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Bu siyasət nəticəsində Azərbaycan gəncliyi hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Fəridə Qafarova deyib.
F.Qafarova bildirib ki, könüllülər ölkəmizin ictimai həyatında fəal iştirak edirlər. Onun fikrincə, könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir: “Könüllülük bizə yeni dostlar qazandırır, dünyagörüşümüzü artırır və hər bir məsələdə bizə fayda gətirir. Mən bütün gənclərimizi bu hərakata qoşulmağa çağırıram. Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi bu baxımdan böyük fürsətdir”,-deyə Fəridə Qafarova qeyd edib.
“Bu gün də mənim üçün qürurverici haldır ki, Yeni Azərbaycan Partiyasının sıralarındayam. Sumqayıtda da partiyamızın könülləri fəallıq göstərirlər. Bizim könüllülərimiz koronavirus pandemiyasının dünyada tüğyan etdiyi zamanda öz fəaliyyətləri ilə cəmiyyətə faydalı olmağa çalışırlar. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq, hər zaman Prezident İlham Əliyevin çağırışlarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüslərinə qoşulan gənclərimizin, xüsusilə Yeni Azərbaycan Partiyasının yüzlərlə könüllüsünün bu ağır, çətin günlərdə ərzaq yardımlarının aztəminatlı ailələrə, yaşlı və tənha vətəndaşlara çatdırılmasında iştirakı alqışa layiqdir. Sevindirici haldır ki, gənclərimiz hər zaman bu ideyalara sadiqlik nümayiş etdirir, belə bir çətin və məsuliyyətli sınaq dövründə cəmiyyətimizə fayda verməyə, faydalı işlər görməyə çalışmaqda davam edirlər”,-deyə YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri söyləyib.

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30