Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / David İbrahimxəlilov: Prezident İlham Əliyevin təşəbbüsünün 130 dövlət tərəfindən dəstəklənməsi beynəlxalq birliyin ölkəmizə olan böyük etimadının növbəti təzahürüdür

David İbrahimxəlilov: Prezident İlham Əliyevin təşəbbüsünün 130 dövlət tərəfindən dəstəklənməsi beynəlxalq birliyin ölkəmizə olan böyük etimadının növbəti təzahürüdür

15.07.2020 [08:38]

“Bu gün dünya ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparır və bu bəladan xilas olmağın yollarını axtarırlar. Pandemiyanın ilk günlərindən dünyada cərəyan edən proseslər göstərdi ki, yoluxma riski və ölüm faktları müxtəlif ölkələrdə eyni deyil. Bəşəriyyətin bu vəziyyətdən mümkün qədər az itkilərlə çıxmasının ən əsas şərtlərindən biri isə qlobal həmrəylikdir. Pandemiya qlobal təhdidlər yaratdığı üçün ayrı-ayrı ölkələr ona qarşı mübarizədə öz səylərini birləşdirməlidirlər”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qusar şəhər təşkilatının sədri David İbrahimxəlilov deyib.
O bildirib ki, Azərbaycanın pandemiya şəraitində qlobal həmrəyliyin möhkəmləndirilməsinə hesablanan təşəbbüsləri yüksək dəyərləndirilir: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə aprel ayında bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində onlayn formatda fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası ilk beynəlxalq təşkilat idi ki, COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirirdi. Eyni zamanda Qoşulmama Hərəkatının Sədri statusunda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də qurumun Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu, Azərbaycanın xoş niyyətini ifadə edir”.
“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünün 130 dövlət tərəfindən dəstəklənməsi beynəlxalq birliyin ölkəmizə olan böyük etimadının növbəti təzahürüdür”, - deyə D.İbrahimxəlilov qeyd edib.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30