/ / Vüqar Hüseynov: Bu, Ermənistanın Azərbaycanın ədalətli mövqeyinə xələl gətirməyə hesablanmış növbəti təxribatıdır
Vüqar Hüseynov: Bu, Ermənistanın Azərbaycanın ədalətli mövqeyinə xələl gətirməyə hesablanmış növbəti təxribatıdır
16.07.2020 [09:15]
“Məlumdur ki, Prezident İlham Əliyev tərəfindən may ayında Qoşulmama Hərəkatına üzv Dövlətlərin Təmas Qrupunun Zirvə görüşündə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü irəli sürüldü. Qısa zamanda BMT-yə üzv olan 130 dövlət tərəfindən bu təşəbbüs dəstəkləndi. Bu fakt sübut edir ki, Azərbaycan ciddi siyasi çəkiyə malik olan dövlətdir. Bu təşəbbüsün əleyhinə açıq etiraz edən yalnız Ermənistan oldu və BMT Baş katibinə xüsusi məktubla bu təşəbbüsün əleyhinə olduğunu bildirdi. Bu narahatlığa səbəb isə təbii ki, bəllidir. Azərbaycanın ədalətli mövqeyi və beynəlxalq səviyyədə ictimaiyyət tərəfindən dəstəklənməsidir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Vüqar Hüseynov deyib.
V.Hüseynov bildirib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində təxribat törətməsi Ermənistanın Azərbaycanın ədalətli mövqeyinə xələl gətirməyə hesablanmış növbəti təxribatıdır. Məlumdur ki, Ermənistan öz işğalçı obrazına bəraət qazandırmaq üçün belə bir təxribata cəhd etdi. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir. Koronavirus pandemiyasına qarşı bütün dünya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl simasını bir daha bütün dünyaya göstərdi.
Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələri vəziyyətə nəzarət edir: “Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir”.
Xəbər lenti
Hamısına baxSosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30

