Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İsmayıl İbrahimov: Azərbaycan xalqı hər zaman ümummilli maraqların qorunmasında birlik, həmrəylik nümayiş etdirib

İsmayıl İbrahimov: Azərbaycan xalqı hər zaman ümummilli maraqların qorunmasında birlik, həmrəylik nümayiş etdirib

17.07.2020 [08:06]

“Azərbaycan xalqı hər zaman ümummilli maraqların qorunmasında birlik, həmrəylik nümayiş etdirib. Vaxtilə Ulu Öndərimiz Heydər Əliyevin bir çağırışı ilə meydanlara toplanan və dövləti, dövlətçiliyi qorumaq üçün sinəsini sipərə çevirən gəncliyimiz bu gün Ali Baş Komandanımız, möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bütün müstəvilərdə-istər cəbhədə, istərsə də informasiya mübarizəsində düşmənə layiqli cavab verən, dövlət başçımızın apardığı siyasətin ən fəal təbliğatçılarından birinə çevrilən gənclərimiz bu ağır günlərdə torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əziz tutur. Belə çətin günlərdə birlik nümayiş etdirən Azərbaycan gəncliyi milli vətənpərvər ruhda böyüdüyünü, dövlətinin maraqlarını hər şeydən üstün tutduğunu nümayiş etdirir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədr müavini İsmayıl İbrahimov bildirib.
Onun sözlərinə görə, bəzi daxili düşmənlərin bu birliyə, həmrəyliyə xələl gətirmək üçün atdıqları addımlar heç bir nəticə vermir və bundan sonra da verməyəcək: “Təəssüflər olsun ki, xalqımızın bu məsuliyyətli, həm də şərəfli günlərində öz məkrli niyyətlərini həyata keçirmək üçün fürsət axtaranlar da tapılır. Şanlı Azərbaycan Ordusuna dəstək vermək üçün toplaşmış vətəndaşlardan istifadə edərək öz çirkin planlarını həyata keçirməyə niyyətlənən, qarışıqlıq, hərcmərclik yaratmaq istəyən satqın və xəyanətkarlar mütləq şəkildə ən ağır cəzanı almalıdırlar. Bu gün Vətənimizin həm xarici, həm də daxili düşmənlərdən müdafiəyə ehtiyacı var. Əminəm ki, gənclərimiz hər zaman olduğu kimi bundan sonra da Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək milli birliyimizin və həmrəyliyimizin qorunmasına öz töhfələrini verəcəklər”.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30