Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin bir qrup üzvü Milli Orduda xidmət etmək üçün müraciət edib

YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin bir qrup üzvü Milli Orduda xidmət etmək üçün müraciət edib

18.07.2020 [01:18]

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin bir qrup üzvü Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışına və Milli Ordumuza dəstək nümayiş etdirərək könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon şöbəsinə müraciət ediblər. Müraciətdə gənclər Milli Ordumuzda xidmət etmək arzularını ifadə ediblər.

YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov bildirib ki, yüzlərlə gənc orduda xidmək üçün müraciət edir: “Bildiyiniz kimi, ordumuz Tovuz istiqamətində işğalçı Ermənistanın təxribatına layiqli cavab verdi. Qəhrəman əsgərlərimiz düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etdi. Bu hadisə biz gənclərin döyüş ruhunu və vətənpərvərlik hisslərini daha da gücləndirir. Yeni Azərbaycan Partiyasının gəncləri olaraq Ali Baş Komandanımızın əmri ilə hər an torpaqlarımızı azad etməyə hazırıq. Ona görə də gənclərimiz ordumuzda xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon şöbəsinə müraciət edirlər”.

Paylaş:
Baxılıb: 691 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30