Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyinin təşkil etdiyi onlayn yay düşərgəsi öz işini davam etdirir

YAP Gənclər Birliyinin təşkil etdiyi onlayn yay düşərgəsi öz işini davam etdirir

22.07.2020 [09:31]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi, ilk dəfə olaraq onlayn formatda keçən yay düşərgəsi öz işini uğurla davam etdirir. İyulun 21-də yay düşərgəsinin növbəti videokonfrans formatında seminarı baş tutub.
Videokonfransın moderatoru Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov yay düşərgəsinin iştirakçılarını salamlayıb, bugünki mövzunu gənclərin diqqətinə çatdırıb.
Videokonfransda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova bu tipdə yay düşərgəsinin keçirilməsini müsbət hal hesab etdiyini söyləyib, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzunda mühazirə ilə çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycanın müstəqilliyi, suverenliyi, rifahı və ən əsası Azərbaycançılıq ideologiyasının formalaşması istiqamətində xeyli sayda köklü işlərin görüldüyünü vurğulayıb. Ana dilimizin qorunmasının, azərbaycançılıq məfkurəsinin yaranmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edib.
Videokonfrans formatında baş tutan seminarda 200-ə yaxın gənc iştirak edib. Yay düşərgəsinin iştirakçıları Ələkbər Mirzəyev, Ənvər Haqverdiyev, Aygün Kazımova, Laçın Hüseynov, Aysel Tahirova, Elvin İmaməliyev və digər gənclər mövzu ətrafnda suallar ünvanlayıblar.
Qeyd edək ki, yay düşərgəsi iyul ayının 31-nə qədər davam edəcəkdir.

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30