Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Salman Salmanov: Hər birimiz Vətənimiz qarşısında müqəddəs borcumuzu yerinə yetirməyə hazır olmalıyıq

Salman Salmanov: Hər birimiz Vətənimiz qarşısında müqəddəs borcumuzu yerinə yetirməyə hazır olmalıyıq

29.07.2020 [09:09]

“Bütün dünyanın COVID-19 virusu ilə mübarizə apardığı bir dönəmdə işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən iyulun 12-dən etibarən Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində təxribat törədilməsi, dinc əhalinin və ordumuzun bölmələrinin artilleriya atəşinə tutulması düşmənin məkrli siyasətinin aydın təzahürüdür”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov deyib.
S.Salmanov bildirib ki, iyulun 12-dən etibarən Ermənistan respublikası silahlı qüvvələri xaincəsinə Tovuz rayonu istiqamətində yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində də həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib: “Həmişə olduğu kimi bu dəfə də Ali Baş Komandan İlham Əliyevin birbaşa nəzarəti və göstərişi ilə Azərbaycan Ordusu nəinki düşmən təxribatının qarşısını aldı, həmçinin sarsıdıcı cavab zərbələri endirərək düşmənin atəş nöqtələrini, çoxsaylı döyüş texnikasını və canlı qüvvələrini məhv etdi. Mövcud atəşkəs rejiminin kobud surətdə pozulması Ermənistan hakimiyyətinin təcavüzkar siyasətini ifşa etməklə bərabər, qəbul edilmiş beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmət və əməl etməyən ermənilərin təxribatçı siyasi imici haqda yaranan klassik təsəvvürləri qlobal miqyasda daha da zənginləşdirmiş oldu”.
O əlavə edib ki, Azərbaycan hökuməti, ordusu və xüsusən xalqın son olaylarla bağlı göstərdiyi həssas reaksiya Ermənistan hakimiyyəti, o cümlədən onlara dəstək verənlərə açıq bir mesaj kimi qiymətləndirilməlidir: “Bütün Azərbaycan xalqı, o cümlədən gənc nəsil çox yaxşı anlayır ki, yaşadığımız bu Vətən, üzərində gəzdiyimiz bu torpaq hər birimizindir və bizim üçün şəhid olmaq ən böyük şərəfdir. Həmin yürüşdə səsləndirilən şüarlar da vətəndaşlarımız üçün Vətən uğrunda şəhid olmağın nə qədər şərəfli və arzulanan hiss olduğunu dünyaya nümayiş etdirdi. Biz Nəsimi rayon gəncləri olaraq torpaqlarımızın işğaldan azad olunması üçün Ai Baş Komandanın əmrini gözləyirik. Bu məqsədlə könüllü olaraq ordu sıralarına qoşulmaq üçün müvafiq dövlət orqanına müraciət etmişik”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30