Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Fərid Vaqifli: Gücümüz birliyimizdədir

Fərid Vaqifli: Gücümüz birliyimizdədir

29.07.2020 [09:11]

“İşğalçı Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq hərbi təxribat törətməsi sülh və sabitlik üçün təhdiddir. Azərbaycan Ordusu isə düşmənin bu təxribatına layiqli cavab verdi”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fərid Vaqifli deyib.
F.Vaqifli bildirib ki, siyasi arenada olduğu kimi hərb meydanında da məğlubiyyətin qaçılmaz olduğunu anlayan düşmən geri çəkilməyə məhkum oldu. Ermənistan höküməti üçün ən böyük qorxu isə ön cəbhədə rəşadətlə mübarizə aparan Azərbaycan əsgərinə birlik və bərabərlik nümayiş etdirən xalqın əzmkarlığı idi. Onun sözlərinə görə, minlərlə azərbaycanlı Şəhidlər xiyabanının qarşısına toplaşaraq bir daha sübut etdilər ki, onlar hər bir şəhidin tökülən qanının qisasını almaq üçün Ali Baş Komandanın ətrafında birləşiblər və Onun “irəli” əmrinə hazırdılar.
“Bu birlik və həmrəyliyin əsas mərkəzində isə Yeni Azərbaycan Partiyasının gəncləri dayanır. Cənab Prezidentin Təhülkəsizlik Şurasının iclası zamanı söylədiyi fikirlər vətənpərvər partiya gənclərində ruh yüksəkliyini daha da artırdı. Hazırda 50 mindən çox gənc könüllü olaraq ordu sıralarına yazılıb. Biz gənclər bu gün Ali Baş Komandanın əsgəriyik. Bütün partiya həmkarlarımız kimi YAP Yevlax rayon təşkilatının gəncləri də düşmən üzərinə “irəli!” əmrini gözləyir. Biz inanırıq ki, qısa zaman ərzində üç rəngli şanlı Azərbaycan bayrağını cənab Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda dalğalandıracağıq”, - deyə F.Vaqifli qeyd edib.

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30