Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Təyyibə Hüseynova: Ordumuzun, hərbçilərimizin ərazi bütövlüyümüz uğrunda qəhrəmanlığı cəmiyyətdə vətənpərvərlik ruhunu daha da gücləndirir

Təyyibə Hüseynova: Ordumuzun, hərbçilərimizin ərazi bütövlüyümüz uğrunda qəhrəmanlığı cəmiyyətdə vətənpərvərlik ruhunu daha da gücləndirir

29.07.2020 [09:19]

“Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Qüdrətli Azərbaycan Ordusu düşmənin istənilən təxribatına layiqli cavab vermək iqtidarındadır. Ordumuzun, hərbçilərimizin ərazi bütövlüyümüz uğrunda qəhrəmanlığı bizlərdə vətənpərvərlik ruhunu daha da gücləndirir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının Qadınlar Şurasının sədri Təyyibə Hüseynova deyib.
O bildirib ki, Ermənistan öz çirkin niyyətlərindən, təxribatçı əməllərindən əl çəkmir. İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaları da bunun növbəti göstəricisi idi. Lakin bütün bunlara baxmayaraq, bu hadisələr Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nələrə qadir olduğunun nümayişi ilə yanaşı, milli birliyin, həmrəyliyin daha bir nümunəsi oldu: “Prezident İlham Əliyevin çağırışına qoşulan minlərlə ölkə vətəndaşı orduda könüllü xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli orqanlarında qeydiyyata alınıblar. Biz xalq olaraq bir yumruq kimi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik. Bu onu göstərir ki, xalqımız ordumuzun yanındadır və Ali Baş Komandanın əmrini gözləyir”.
T.Hüseynova qeyd edib ki, Azərbaycan Ordusu güclü maddi-texniki bazaya malikdir, hərbçilərimizin döyüş hazırlığı, vətənpərvərlik ruhu hər zaman yüksək səviyyədədir: “Bizim işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordumuz var və biz öz torpaqlarımızı gec-tez azad edəcəyik”.

Paylaş:
Baxılıb: 618 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30