Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Rəvan Səlimov: Torpaqlarımızın azadlığı uğrunda hər birimiz müsəlləh əsgərik

Rəvan Səlimov: Torpaqlarımızın azadlığı uğrunda hər birimiz müsəlləh əsgərik

30.07.2020 [09:56]

“Azərbaycan xalqı heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq. Ermənistanın hərbi təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər də bunu bir daha təsdiqləyir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvü Rəvan Səlimov deyib.
R.Səlimov bildirib ki, həmin döyüşlərdə qəhrəman hərbçilərimiz böyük şücaət göstərdilər. Bunun nəticəsidir ki, düşmənə layiqli cavab verildi, onun hücum cəhdlərinin qarşısı qətiyyətlə alındı.
“Bu döyüşlər hərb tariximizə yazılan şanlı səhifələrdən biridir. Həmin günlərdə xalqımız ordumuza möhtəşəm dəstək nümayiş etdirdi. Xüsusilə, gənclərimiz torpaqlarımızın azadlığı uğrunda döyüşlərə getmək arzularını bildirirlər. Təsadüfi deyil ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışından sonra qısa müddət ərzində minlərlə gənc ordu sıralarına könüllü qoşulmaq üçün rəsmi şəkildə müraciət edib. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər ön sıralardadır. Mən də öz vətəndaşlıq borcumu yerinə yetirərək belə bir müraciət etmişəm. Bizim hər birimiz torpaqlarımızın azadlığı uğrunda müsəlləh əsgərik”, - deyə o söyləyib.

Paylaş:
Baxılıb: 551 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30