Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nihad Pənahov: Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhuna sahibdir

Nihad Pənahov: Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhuna sahibdir

30.07.2020 [09:57]

“Bu gün Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhuna sahibdir. Azərbaycan dövlətinin yetişdirdiyi gənclər torpağına bağlıdır, onu göz bəbəyi kimi qoruyur”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı Gənclər Birliyinin sədri Nihad Pənahov deyib.
N.Pənahov bildirib ki, işğalçı Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatına ordumuz tərəfindən layiqli cavab verilib. Onun sözlərinə görə, baş vermiş hadisə xalqımızın, xüsusilə gənclərin döyüş ruhunu daha da gücləndirib: “Minlərlə vətənini, torpağını, xalqını sevən Azərbaycan gənci kimi mən də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına qoşularaq orduda xidmət üçün könüllü müraciət etdim. Azərbaycan xalqı bu birlik və həmrəyliyi ilə növbəti dəfə öz adını tarixə həkk etdi. Xalqımız bütün dövrlərdə öz ordusuna, Ali Baş Komandanına dayaq və dəstək olub. Bu reallıq bu günlərdə özünü bir daha təsdiqləyir”.

Paylaş:
Baxılıb: 701 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30