Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ənvər Haqverdiyev: Azərbaycan gəncləri düşmənə qarşı döyüşməyə və torpaqlarımızı azad etməyə hazırdırlar

Ənvər Haqverdiyev: Azərbaycan gəncləri düşmənə qarşı döyüşməyə və torpaqlarımızı azad etməyə hazırdırlar

30.07.2020 [09:58]

“Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatdan sonra ölkə vətəndaşları, vətənpərvər gənclər düşmənə qarşı döyüşə getmək iradələrini ifadə edirlər. Birmənalı şəkildə demək olar ki, Azərbaycan gəncləri torpaqlarımızı azad etməyə hazırdır. Bütün vətənpərvər Azərbaycan övladları kimi, mən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gedib qeydiyyatdan keçməyi özümə borc bildim”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Gənclər Birliyinin üzvü Ənvər Haqverdiyev deyib.
Ə.Haqverdiyevin sözlərinə görə, YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin üzvləri də kütləvi şəkildə könüllü olaraq döyüşə getmək istəklərini bildiriblər: “Çoxsaylı vətəndaşlarımız Azərbaycan Ordusunda xidmət etmək, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda savaşmaq üçün qeydiyyatdan keçiblər”.
Onun sözlərinə görə, Azərbaycan gəncləri Ali Baş Komandanın siyasətini birmənalı şəkildə dəstəkləyir, vəzifəsindən və peşəsindən asılı olmayaraq onların hər biri Vətənə layiq vətəndaş olmağın vacibliyini dərk edir: “Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata Azərbaycan Ordusunun layiqli cavab verməsi gənclər arasında da yüksək döyüş əzmi yaradıb. Döyüşə könüllü getmək istəyənlərin kütləviliyi də Azərbaycan gənclərinin döyüş ruhunun yüksək olduğunu sübut edir”.

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30