Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Aydan Cəfərova: Azərbaycanın vətənpərvər qızları da Ali Baş Komandanın çağırışına qoşulub

Aydan Cəfərova: Azərbaycanın vətənpərvər qızları da Ali Baş Komandanın çağırışına qoşulub

06.08.2020 [09:11]

“İyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatdan sonra Azərbycanın bütün vətənpərvər gəncləri könüllü olaraq döyüşə getmək istəklərini bəyan ediblər. Azərbaycanın vətənpərvər qızları da Ali Baş Komandanın çağırışına qoşulub. Mən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsinə gedib qeydiyyatdan keçdim”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Aydan Cəfərova deyib.
A.Cəfərova deyib ki, hər zaman öndə olan Suraxanı rayonunun gəncləri, o cümlədən YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin fəal üzvləri bir nəfər kimi səfərbər olublar: “Artıq 55 mindən çox vətən övladı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azad olunması uğrunda mübarizəyə hazır olduğunu nümayiş etdirib. Bu, böyük bir dövlətin ordusuna bərabərdir”.
A.Cəfərovanın sözlərinə görə, könüllü olaraq qeydiyyatdan keçənlərin arasında gənclərin, xüsusən qızların da çox olması Azərbaycan gənclərinin Ali Baş Komandanın ətrafında sıx birləşməsinin göstəricisidir.

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30