Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Aytəkin Hüseynbəyli: Gənclərimiz Ali Baş Komandanın əmrlərini hər an yerinə yetirməyə hazırdırlar

Aytəkin Hüseynbəyli: Gənclərimiz Ali Baş Komandanın əmrlərini hər an yerinə yetirməyə hazırdırlar

07.08.2020 [08:42]

“Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan xalqı yüksək vətənpərvərlik ruhuna malikdir. Bunun ən bariz nümunəsini biz 2016-cı ilin Aprel döyüşlərində, eləcə də bir müddət öncə dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə çox aydın şəkildə gördük”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvü Aytəkin Hüseynbəyli deyib.
Aytəkin Hüseynbəyli bildirib ki, son günlər dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələr fonunda şanlı ordumuzun düşmənə tutarlı cavab verməsi bir gənc olaraq onda çox böyük ruh yüksəkliyi yaradıb: “İyulun 12-dən etibarən işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı həyata keçirdiyi təxribatların qarşısı qətiyyətlə alındı və mənfur düşmənlər artıq iflasa uğradıqlarını özləri də etiraf və dərk etdilər. Ordumuzun gücü Ermənistanı vahiməyə saldı. Döyüş zamanı sosial şəbəkələr vasitəsilə erməni əsgərlərinin döyüşdən yayınması və qaçmasının şahidi olduq. Azərbaycan Ordusu bir daha öz üstünlüyünü nümayiş etdirdi”.
“Məhz ölkə başçısının həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü və müasir ordusuna sahibdir. Ali Baş Komandan hər zaman təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir. Bu, orduda böyük ruh yüksəkliyi yaradır. Bu gün gənclərimiz ölkə başçısının çağırışına qoşularaq könüllü hərbi xidmətə yazılırlar. Bütün bunlar göstərir ki, gənclərimiz Ali Baş Komandanın əmrlərini hər an yerinə yetirməyə hazırdırlar”, - deyə A.Hüseynbəyli qeyd edib.

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30