Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azər Süleymanov: Ermənistan hakimiyyəti sülh danışıqlarının aparılmasında maraqlı deyil

Azər Süleymanov: Ermənistan hakimiyyəti sülh danışıqlarının aparılmasında maraqlı deyil

07.08.2020 [08:48]

“Erməni silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribat cəhdi Ermənistanın işğalçı və təcavüzkar siyasət yürütməsinin növbəti təsdiqi oldu. Torpaqlarımızın keşiyində mətinliklə dayanmış vətən övladları düşmənin hücumunun qarşısını qəhrəmancasına aldılar. Təxribatın dəf olunması və erməni hərbi birləşmələrinə sarsıdıcı zərbənin vurulması bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin istənilən hücumunun qarşısını anında almağa qadirdir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov deyib.
A.Süleymanov bildirib ki, Ermənistan tərəfi xeyli vaxtdır işğal olunmuş Azərbaycan ərazilərində sülh prosesinə kölgə salan hərbi-siyasi fəaliyyətlə məşğul idi. Ermənistan prezidentinin və baş nazirinin müxtəlif vaxtlarda işğal olunmuş ərazilərimizə gəlmələri, burada müxtəlif tədbirlərin, hərbi təlimlərin keçirilməsi beynəlxalq hüquq və danışıqlar prosesi ilə ziddiyyət təşkil edən qanunsuz əməllərdən başqa bir şey deyildi.
“Yaşadığımız regionda sülh və təhlükəsizlik prinsiplərinin pozulmasına, Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməməsinə münasibət bildirməli olan beynəlxalq təşkilatların susqunluğu, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edən qurumların laqeydliyi fonunda işğalçı siyasətini daha da gücləndirmək yolunu tutan Ermənistanın əvvəllər olduğu kimi, cəbhə xəttində yenidən təxribatlar törədəcəyi əslində gözlənilən idi. Bu baxımdan, baş verən son hadisə bir daha göstərdi ki, Ermənistan hakimiyyəti sülh danışıqlarının aparılmasında maraqlı deyil. Hakimiyyətə gəldikdən sonra hər vəchlə, müxtəlif bəhanələrlə danışıqlar prosesindən imtina etməyə çalışan N.Paşinyan bununla da işğalçı cildinə girən “demokrat” olduğunu göstərdi. Bunun nəticəsi olaraq danışıqlar prosesi faktiki olaraq iflic vəziyyətinə düşüb”, - deyə rayon təşkilatının sədri vurğulayıb.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30