Zəkiyyə Musayeva: İşğalçı Ermənistan terrorçu və faşist siyasətindən əl çəkmir
07.08.2020 [08:54]
“Azərbaycanın uğurla həyata keçirdiyi hücum diplomatiyası sayəsində Ermənistanın onsuz da yaxşı olmayan beynəlxalq imicinin daha da rəzil vəziyyətə düşməsinə nail olacağıq. Azərbaycan Ermənistanın işğalçı ölkə olduğunu dolğun faktlar, sübutlar əsasında ifşa edir. Bu gün məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda, kifayət qədər aydın görünür ki, Ermənistan, sözün əsl mənasında, küncə sıxışdırılmış vəziyyətdədir və bu dövlətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə artıq yer qalmayıb. İndi dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva deyib.
Z.Musayevanın sözlərinə görə, BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarda, bu yaxınlarda isə ABŞ Konqresində qəbul edilən müvafiq qətnamələrdə Ermənistanın işğalçı dövlət kimi tanınması böyük uğurdur: “Lakin dünya birliyi Ermənistanı işğalçı dövlət qismində qəbul etməsinə baxmayaraq, sözügedən ölkə hələ də Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmaq istəmir, burada yaratdığı separatçı rejimə hərtərəfli dəstəyini davam etdirir, hətta onun fəaliyyətinə hüquqi don geyindirməyə çalışır. Cəbhə bölgəsində, eləcə də müxtəlif ölkələrdə təxribatlar törətməsi, hiyləgər siyasət həyata keçirməsi bunun bariz sübutudur”.
“Bu günlərdə ordumuza dəstək, torpaqlarımızın işğalına etiraz məqsədi ilə xaricdəki azərbaycanlıların keçirdiyi aksiyalara ermənilərin münasibəti bir daha dünyaya göstərdi ki, bu ölkə terrorçu və faşist siyasətindən əl çəkmir. Eləcə də, siyasi-coğrafi sərhədlərindən aslı olmayaraq, dünyanın bütün regionlarında yaşayan azərbaycanlıların vahid millət kimi birlik və bərabərlik nümayiş etdirdiyi bir zamanda “sapı özümüzdən olan baltalar”ın mənasız mülahizələri, düşmənə dəstək vermələri hər birimizdə təəssüf doğurur. Bu durumda hər bir vətəndaşımız diqqətli olmalı, heç bir vəchlə daxili və xarici düşmənlərimizə vəziyyətdən sui-istifadə etməsinə imkan verməməliyik. Əminik ki, Azərbaycan Prezidentinin qətiyyəti, xalqımızın birlik və həmrəylik əzmi ilə tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik!”, - deyə Z.Musayeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45

