Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Jalə Qibləliyeva: Ali Baş Komandanın çağırışına Azərbaycanın vətənpərvər qızları da qoşulublar

Jalə Qibləliyeva: Ali Baş Komandanın çağırışına Azərbaycanın vətənpərvər qızları da qoşulublar

15.08.2020 [00:45]

“İyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribatdan sonra ordumuzun ermənilərə layiqli cavabı böyük ruh yüksəkliyi yaradıb. Azərbycanın bütün vətənpərvər gəncləri könüllü olaraq döyüşə getmək istəklərini bəyan ediblər. Ali Baş Komandanın çağırışına qoşulan on minlərlə gənc cəbhədə xidmət üçün könüllü olaraq qeydiyyatdan keçib”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü Jalə Qibləliyeva deyib.

J.Qibləliyevanın sözlərinə görə, Ali Baş Komandanın çağırışına uyğun olaraq YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin üzvləri də səfərbər olublar, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azad olunması uğrunda mübarizəyə hazır olduqlarını nümayiş etdiriblər: “Azərbaycanın vətənpərvər qızları da Ali Baş Komandanın çağırışına qoşulublar. Həmin vətənpərvər Azərbaycan qızlarından biri kimi mən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gedib qeydiyyatdan keçmişəm”.

J.Qibləliyeva deyib ki, könüllü olaraq qeydiyyatdan keçənlərin arasında gənclərin, xüsusən qızların da çox olması Azərbaycan gənclərinin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşməyə hazır olduğunu göstərir.

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30