YAP-ın bir qrup qadın millət vəkili Tovuz və Ağstafadan olan şəhidlərin ailələrini ziyarət edib
21.08.2020 [09:25]
Yeni Azərbaycan Partiyasının (YAP) bir qrup qadın millət vəkili - Məlahət İbrahimqızı, Fatma Yıldırım və Sədaqət Vəliyeva bu ilin 12-17 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təcavüzkar Ermənistanın hərbi təxribatı nəticəsində həlak olmuş Tovuz və Ağstafadan olan şəhidlərin ailələrini ziyarət edib.
Tovuz rayon Ağdam kəndində şəhid baş əsgər Elşad Dönməz oğlu Məmmədovun, Tovuz rayonu Cəlilli kəndində şəhid gizir İlqar Ayaz oğlu Zeynallının, Ağstafa rayonu Köçəsgər kəndində şəhid gizir Yaşar Vasif oğlu Babayevin, Kolxəlfəli kəndində şəhid əsgər Nazim Əfqan oğlu İsmayılovun, Həsənsu kəndində şəhid, müddətdən artıq həqiqi hərbi xidmət etmiş hərbi qulluqçu Elçin Arif oğlu Mustafazadənin, Göyçəli kəndində şəhid çavuş Vüqar Lətif oğlu Sadıqovun ailələri ziyarət olunub.
Ziyarət zamanı millət vəkilləri Vətən yolunda böyük şücaət və rəşadət nümunəsi ortaya qoyan igidlərimizin ailələrinə başsağlığı verib, dərdlərinə şərik olublar. Qəhrəmancasına həlak olmuş övladlarımızın həyat hekayələrindən danışılıb, kənd əhalisi ilə görüş keçirilib. Vətənimiz və dövlətimiz adına belə oğulların olmasının hər kəsi qürurlandırdığı, Azərbaycan xalqının onlarla iftixar etdiyi ifadə edilib. Vurğulanıb ki, şəhidlərimiz adlarını şanlı tariximizin əbədiyyət səhifələrinə qızıl hərflərlə yazıblar. Cəbhə bölgəsində yerləşən bu kəndlərin hər birinin sakinlərinin Ali Baş Komandanın əmrinə hazır olduğu bildirilib. Şəhid ailələri Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid və Qarabağ qazilərinin ailələrinə olan dövlət qayğısından ürək dolusu danışaraq təşəkkürlərini bildiriblər. Deputatlar Tovuz rayonu istiqamətində mənfur düşmənin təxribat xarakterli hücumunun qarşısının alınmasında Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuzun uğurla həyata keçirdiyi qisas əməliyyatı haqqında danışaraq, tezliklə işğal altında olan torpaqlarımızın azad olunacağını və üçrəngli bayrağımızın Şuşada, Xankəndində qürur və əzəmətlə dalğalanacağı günün çox yaxında olduğunu bildiriblər. Millət vəkilləri respublikamızın ərazi bütövlüyünün qorunması kimi müqəddəs amal və məqsəd uğrunda qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmiş insanların ailələrini ziyarət etməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu xüsusi qeyd ediblər.
Şəhid ailələri Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azadlığı üçün döyüşə atılmağa hazır olduqlarını, dövlətimiz tərəfindən şəhid ailələrinin yüksək qayğı ilə əhatə olunduqlarını bildirib, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman onlara olan xüsusi diqqəti və qayğısını unutmayacaqlarını qeyd ediblər. Millət vəkilləri bir daha Vətənimizin qəhrəman övladları ilə hər zaman qürur duyduqlarını, şəhidlərimizin ruhu qarşısında baş əydiklərini xüsusi vurğulayıblar.
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

