Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Pərvin Kərimzadə: Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir

Pərvin Kərimzadə: Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir

25.08.2020 [08:57]

“Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubu kimi motəbər bir forumun tribunasından “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatı, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlara əsaslanan nitqi, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan debatda səsləndirdiyi əsaslı cavabları dünya içtimaiyyətində Ermənistanın işğalçı siyasəti haqqında aydın fikir yaradıb. Bu günlərdə beynlxalq aləm Britaniyanın nüfuzlu BBC televiziyasının “Hard Talk” (“Çətin söhbət”) proqramında Ermənistanın baş nazirinin, daha sonra 2018-ci ildə istefa verdikdən sonra aprel döyüşləri barədə ilk mətbuat konfransını çağıran, əlləri minlərlə günahsız insanların qanına bulaşan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın dedikləri bu ölkənin yürütdüyü siyasətin əsas qayəsinin təcavüzkarlıq, işğalçılıq, özgə malına göz tikmək olduğunu göstərdi”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Pərvin Kərimzadə bildirib ki, BBC-nin aparıcısı Stefan Sakurun həqiqətə, dəqiq faktlara söykənən sualları qarşısında Ermənistanın baş nazirinin məntiqsiz, cəfəngiyatla, yalanla dolu sərsəm iddiaları gülünc səsləndi. İşğalçı dövlətin rəhbəri özünü növbəti dəfə dünya içtimaiyyətinin gözü önündə rüsvay etdi. Dinc insanların qətlə yetirilməsində, Xocalı soyqrımının törədilməsində birbaşa cavabdeh olan Serj Sarkisyanın isə törətdiyi əməllərə “bəraət” qazandıraraq, 50 min tondan çox silah-sursatın, hərbi texnikanın işğalçı dövlətə hədiyyə edilməsindən ağız dolusu danışması Ermənistanın işğalçı siyasətinin növbəti təsdiqidir.
Millət vəkilinin sözlərinə görə, BBC-nin aparıcısı ilə “çətin söhbət”ə gedən Paşinyan qlobal informasiya savaşında özü də istəmədən rəhbərlik etdiyi işğalçı dövlətin siyasi iflasını nümayiş etdirdi: “30 ilə yaxındır ki, ölkəmizin ərazilərini işğal altında saxlayan Ermənistanın baş nazirinin son müsahibəsi veriliş boyu riyakarlığın son həddi kimi yadda qaldı. Aciz, rəzil duruma düşən Paşinyan ənənəsinə sadiq qalaraq sınıq-salxaq ingiliscə rabitəsiz cavabları ilə Ermənistanın işğalçı siyasətinə haqq qazandırmağa çalışdı, hələ siyasətçi kimi formalaşmadığını yenidən gündəmə gətirdi. “Sizin idarəetmənizdə bir çox insanların gözlədiyi kimi hər hansı bir dəyişiklik olmadı. Siz Azərbaycan ilə sülhə nail olmaq üçün hakimiyyətə gəldiniz. Lakin ötən ay biz yeni toqquşma, yeni münaqişə gördük” - Stiven Sakurun Ermənistan dövlətinin yürütdüyü siyasətin işğalçı və faşist mahiyyətini bir daha ifşa edən bu fikri Paşinyanı çaşdırdı. Qeyri-səlis ingiliscəsi ilə faktdan yayınmağa çalışan Paşinyanın sərsəm cavablarına verlişin aparıcısı dərhal müdaxilə edərək bildirdi: “Cənab baş nazir, lakin fəaliyyət sözlərdən daha güclü səslənir. Biz iyulun ortalarında gördük ki, Ermənistan silahlı qüvvələri sərhəd boyunca kəndlərə atəş açır. Azərbaycana istinadla biz gördük ki, 76 yaşlı mülki vətəndaş qətlə yetirildi. Əlbəttə ki, bundan sonra daha da uzanan hərbi toqquşmaya gətirib çıxaran cavab atəşi açıldı. Bir daha qeyd etmək istəyirəm ki, sizin siyasətiniz sülhün bərqərar olması üçün hesablanmayıb”. Bu fikirləri Azərbaycan xalqının nümayəndəsi deyil, Beynəlxalq Yayım Dərnəyi tərəfindən 2010-cu ilin noyabr ayında “İlin Beynəlxalq Televiziya Şəxsiyyəti” seçilən, dünyada çox məşhur olan BBC World News-in “Hard Talk” verilişinin aparıcısı Stiven Sakur bildirib. Stiven Sakurun “Artıq böyük ümidlərlə hakimiyyətə gəldiyiniz “böyük məxməri inqilab” adlanan inqilabdan iki il ötür. Mən bu gün Ermənistana baxanda görürəm ki, ermənilərin böyük əksəriyyətinin ümidləri puç olub. Səhv nədə oldu?” - sualı isə Ermənistanın baş nazirinin beynəlxalq aləmdəki “uğurlar”ına işğalçı ölkənin baş nazirinin çox sevdiyi durğu işarəsini - nöqtəni qoydu”.

Paylaş:
Baxılıb: 618 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30