YAP Qaradağ rayon təşkilatı öz fəaliyyətini günün tələbləri səviyyəsində qurub
28.08.2020 [09:04]
12 min 328 nəfər üzvü olan rayon təşkilatında 3 min 704 qadın, 4 min 316 gənc təmsil olunur
Məlum olduğu kimi, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı vaxtdan böyük inkişaf yolu keçib. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiyamız bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atır. Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən çox üzv birləşib.
Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü şərtləndirən amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Ötən illər ərzində partiyanın rayon və şəhər təşkilatları da əhəmiyyətli dərəcədə inkişaf edərək ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Qaradağ rayon təşkilatı da belə təşkilatlardandır.
“YAP Qaradağ rayon təşkilatı fəaliyyət göstərdiyi 27 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib, ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib. Hazırda YAP Qaradağ rayon təşkilatının 117 ərazi ilk partiya təşkilatında 12 min 328 nəfər partiya üzvü birləşib. Bu statistika, eyni zamanda Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinə olan inamın ifadəsidir”. Bunu YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov bildirib.
O qeyd edib ki, rayon təşkilatınının təsis konfransı 1993-cü ilin mart ayında kecirilib və 27 illik tarixində böyük inkişaf yolu keçib: “Fəxrlə deyə bilərik ki, rayon təşkilatının sıraları bu gün də savadlı, vətənpərvər, xalqını, Vətənini sevən gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bütün bunlar şübhəsiz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir”.
A.Hüseynovun sözlərinə görə, YAP Qaradağ rayon təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını vaxtında yerinə yetirməyə, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak etməyə çalışır. Belə ki, son illər Qaradağın inkişafı istiqamətində həyata keçirilən işlərdə partiyanın rayon təşkilatı da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.
“Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Yeni qlobal pandemiya - koronavirus infeksiyası dünyanı, eyni zamanda ölkəmizin sakinlərinin sağlamlığını təhdid altına aldığı bir vaxtda gözlə görə bilmədiyimiz düşmənlə mübarizə ilə bağlı Qaradağda da müvafiq tədbirlər görülür. Rayonda dezinfeksiya işləri, maarifləndirmə tədbirləri, aztəminatlı ailələrə, tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə yardım aksiyaları həyata keçirilib”, - deyən A.Hüseynovun sözlərinə görə, partiyanın yerli strukturlarından biri olaraq YAP Qaradağ rayon təşkilatı da bu yöndə işlər görür. Belə ki, rayon sakinlərinə gigeyenik vasitələr paylanılıb, imkansız ailələrə ərzaq yardımı göstərilib və s.
Rayon təşkilatının sədri deyib ki, nəcib aksiyadan faydalanan yüzlərlə aztəminatlı ailələrin üzvləri, tənha yaşayan yaşlı sakinlər əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Onu da qeyd edək ki, YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurası da fəaliyyətini günün tələbləri səviyyəsində qurub. Hazırda rayon təşkilatında qadın üzvlərin sayı 3704 nəfərdir. Rayon təşkilatının Qadınlar Şurasının sədri Hicran Xəlilovanın sözlərinə görə, təşkilata üzv olan qadınlar rayonun həyatında fəal iştirak edirlər. Üzvlərin əksəriyyəti təhsil, səhiyyə, özəl qurumlar və s. çalışır. Bütövlükdə isə Qadınlar Şurasının üzvləri rayonun ziyalı təbəqəsini təmsil edirlər. “Eyni zamanda, onlar koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub, maarifləndirmə işində fəallıq göstərirlər”, - deyə H.Xəlilova söyləyib.
Rayon təşkilatının işində gənclər də fəal iştirak edirlər. YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadənin sözlərinə görə, hazırda təşkilatda 4316 gənc birləşib. O, qeyd edib ki, rayon təşkilatının sıralarında birləşən gənclər rayonun sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, onlar üçün yaradılan imkanlardan yararlanırlar: “Bununla yanaşı, bütün sahələrdə, o cümlədən elmdə və təhsildə böyük uğurlar qazanıblar. YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirən gənclərin asudə vaxtlarını səmərəli keçirilmələri, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində maraqlı, ardıcıl layihələrlə çıxış edib. Bunun bəhrəsi olaraq, təşkilatın sıraları keyfiyyət etibarı ilə günü-gündən zənginləşib, yeni fəal gənclər böyük fəxr və qürur hissi ilə partiya sıralarına qoşulublar. Gənclərimizin partiyamıza könüllülük əsasında gəlməsi YAP-ın ölkəmizdə avanqard rola malik olmasını və alternativsiz siyasi qüvvə olduğunu bir daha sübut edir”.
Rayon təşkilatının Gənclər Birliyinin daim yeniliklərə üstünlük verdiyini, gənclərin maariflənməsi, ictimai-siyasi cəhətdən fəallığını təmin etmək üçün müxtəlif layihələr, tədbirlər həyata keçirildiyini deyən S.Məmmədzadənin sözlərinə görə, məqsəd gəncliyin inkişafına töhfə verməkdir.
O həmçinin diqqətə çatdırıb ki, pandemiya dövründə də gənclər müəyyən layihələr həyata keçirib: “Belə ki, GB könüllüləri 280 ailəyə gigiyenik vasitələr paylayıb, 200 ailəyə rayon təşkilatının öz hesabına ərzaq yardımı olunub. ƏƏSMN ilə YAP-ın birgə layihəsi olan “Sağlamlığımız milli həmrəyliyimizdədir” layihəsi çərçivəsində 2320 ailəyə könüllülərimiz tərəfindən ərzaq yardımı paylanıb və 450 ünvana sosial xidmətlər göstərilib. Heydər Əliyev Fondunun yardımlarının paylanmasında da GB könüllüləri fəal iştirak etmiş 615 ünvana yardım payı çatdırıblar”.
S.Məmmədovun sözlərinə görə, YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi müxtəlif aktual mövzularla da bağlı onlayn tədbirlər keçirir. Belə ki, 23 iyulda Ağdamın işğalına həsr olunmuş “Qarabağ Azərbaycandır” mövzusunda video-konfrans keçirilib və tədbirdə Ağdam və Tovuz gəncləri də iştirak ediblər.
Bundan başqa, iyulun 27-də YAP Qaradağ rayon təşkilatının təşəbbüsü ilə xaricdə ermənilərin Azərbaycan diasporuna qarşı törətdiyi zorakılıqlarla əlaqədar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi video-konfrans keçirilib. Konfransda millət vəkili Aydın Hüseynov, Barselona Azərbaycan evinin rəhbəri Kərim Kərimov, İtaliya Azərbaycan Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov, Polşa Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova və dünyanın müxtəlif universitetlərində təhsil alan gənclər iştirak ediblər.
12 avqustda isə Beynəlxalq Gənclər Günü münasibəti ilə onlayn tədbir təşkil olunub.
S.Məmmədovun sözlərinə görə, təşkilatın tədbirləri ardıcıl olaraq davam edir, müxtəlif formatlarda debat təlimləri keçirilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59

