Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Aqşin Bağırov: Ölkəmizdə dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır

Aqşin Bağırov: Ölkəmizdə dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır

01.09.2020 [09:04]

“Xalqın sağlamlığının qorunmasını ən ümdə vəzifə hesab edən Prezident İlham Əliyevin atdığı addımlar, qəbul etdiyi mühüm qərarlar COVID-19 pandemiyası ilə mübarizədə müsbət dinamikanın əldə olunmasını şərtləndirib. Pandemiya ilə mübarizə dövründə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da öz missiyasına, amalına sadiqliyini bir daha nümayiş etdirdi. Ölkənin birinci xanımı iki dəfə xalqa müraciət edərək hər kəsi “gözəgörünməz düşmən”lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağırdı. Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu ölkədə elan edilən karantin rejimi müddətində “Biz birlikdə güclüyük” şüarı ilə xeyriyyə aksiyaları keçirdi. Bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsullarından ibarət yardımların paylanılması da bir daha Fondun xeyirxah missiyasını nümayiş etdirmiş oldu”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri Aqşin Bağırov deyib.
O bildirib ki, ölkəmizdə sanitar-epidemioloji vəziyyət nəzarətdə saxlanmaqdadır. Onun sözlərinə görə, ölkəmizdə dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayanması pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək yönümündə genişmiqyaslı tədbirlərlə bir daha təsdiqini tapır: “Dövlətin indiki çətin dövrdə də öz vətəndaşının yanında olduğunun bariz nümunəsi olan bu tədbirlər ilk növbədə dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunmasına imkan verdi. Sosial ödənişlərin davamlılığı təmin edilməklə, əsasən həssas qruplara daxil olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi. 600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına imkan yarandı. Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə kiçik təsərrüfatlarını qurmağa başladı. 82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır. Pandemiya ərzində həyata keçirilən sosial yardən layihələrindən biri də aztəminatlı ailələrə mənsub olan tələbələrə yardımdır. 176.000 tələbədən 113 min nəfəri ödənişli əsaslarla oxuyur. 15209 nəfər aztəminatlı ailələr olan tələbələrə ümumilikdə 13 milyon manat dövlət yardım edib”.

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30