Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Rüstəm Nağıyev: Ordumuzun gücü hər birimiz üçün qürurvericidir

Rüstəm Nağıyev: Ordumuzun gücü hər birimiz üçün qürurvericidir

01.09.2020 [09:05]

“İşğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi bütün təxribatlar iflasa məhkumdur. İstər 2016-cı ili Aprel döyüşləri zamanı, istərsə də iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən hərbi təxribatlar zamanı təcavüzkar ölkəyə layiqli cavab verilməsi bir daha Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Dünya birliyinin ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsi isə Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib.
O bildirib ki, Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın bir çox ölkələrinin çağırışlarına məhəl qoymaması, işğalçı siyasəti davam etdirməsi bu ölkənin terrorçu mahiyyətindən xəbər verir: “İstər şanlı Aprel döyüşlərində, istərsə də dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar zamanı mənfur düşmən layiqli cavabını aldı və bundan sonra da alacaq. Hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanımızın əmrini gözləyir. Biz Ordumuza inanırıq, torpaqlarımızın hər bir qarışı bizim üçün müqəddəsdir, o torpaqlar bizim tariximizdir, mənliyimizdir. Ordumuzun gücü hər birimiz üçün qürurvericidir. Bu günlərdə ermənilərin diversiya qrupunun komandirinin Azərbaycan əsgərləri tərəfindən əsir götürülməsi, düşmənin yeni bir məkrli planının boşa çıxması bir daha göstərir ki, Silahlı Qüvvələrimizin bölmələri ayıq-sayıq şəkildə Vətəni qoruyur”.

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30