Aysel Şeydayeva: Virusdan qorunmaq üçün yeganə yol mövcud qaydalara tam riayət etməkdir
02.09.2020 [08:59]
“Azərbaycan dövlətinin yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı apardığı effektiv mübarizə tədbirləri öz uğurlu nəticəsini verməkdədir. Avqust ayının əvvəlindən etibarən gündəlik yoluxma hallarının sayında azalmanın müşahidə olunması nəticəsində Azərbaycan hökuməti müxtəlif yumşaldılma paketlərinin tətbiqi ilə bağlı qərar qəbul etdi və sərt karantin rejimi müəyyən qədər aradan qaldırıldı. Bununla belə, vəziyyətin hər an dəyişə bilmə ehtimalının olması unudulmamalıdır”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı Qadınlar Şurasının sədri Aysel Şeydayeva deyib.
Aysel Şeydayeva bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu qabaqlayıcı tədbirlər nəticəsində gündəlik yoluxma sayının azalmasına baxmayaraq, pandemiya davam edir, COVID-19 həyatımıza təhlükə olaraq bizimlə yaşamaqdadır.
O qeyd edib ki, ən kiçik arxayınlıq yenidən koronavirus pandemiyasının sürətlə yayılmasına gətirib çıxara bilər. Daha doğrusu, indiki halda vətəndaşlar daha çox məsuliyyətli olmalı, karantin rejiminin qaydalarına, ən əsası sanitar-gigiyenik qaydalara riayət etməli və tibbi maskadan istifadə etməlidirlər. Əks halda, daha fərqli və qorxulu bir vəziyyətlə üz-üzə qalma ehtimalı ortaya çıxa bilər.
A.Şeydayevanın sözlərinə görə, virusdan qorunmaq üçün yeganə yol karantin rejiminin tələblərinə tam riayət etməkdir: “Tibbi maskanın taxılması, soial məsafənin qorunması və şəxsi gigiyenanın gözlənilməsi gündəlik həyatımızın bir parçası olmalıdır. Xüsusən, tətbiq olunmuş sərt karantin rejimində yumşalmalar həyata keçiriləndə bu vacibdir. Pandemiya dövründə toy, yas mərasimlərinin və kütləvi tədbirlərin keçirilməsi koronavirusa yoluxma təhlükəsini artırır. Ona görə də belə kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və haradasa belə icazəsiz keçirilən tədbirə rast gəliriksə, onun təşkilatçıları ictimai qınağa çəkilməlidir”.
Rayon təşkilatın Qadınlar Şurasının sədri deyib ki, artıq insanların da yeni dövrün çağırışlarına adaptasiya olunmağa başladığını müşahidə edirik. Məhz insanların pandemiyanın tələblərinə məsuliyyətlə yanaşması son günlərin statistikasında koronavirus infeksiyasına yoluxmaların sayında azalmaların əldə olunmasına imkan verir.
Xəbər lenti
Hamısına baxSosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41

