YAP Gədəbəy rayon təşkilatının sıraları daim yenilənir və genişlənir
03.09.2020 [09:18]
Rayon təşkilatının üzvləri Gədəbəyin sosial-iqtisadi və ictimai-mədəni həyatında fəal iştirak edirlər
Azərbaycanın siyasi palitrasının aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı vaxtdan böyük inkişaf yolu keçib. Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu YAP bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən çox üzv birləşib.
Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü şərtləndirən amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Ötən illər ərzində partiyanın rayon və şəhər təşkilatları da əhəmiyyətli dərəcədə inkişaf edərək ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Gədəbəy rayon təşkilatı da belə təşkilatlardandır.
YAP Gədəbəy rayon təşkilatının 1993-cü ilin yanvarın 22-də təsis edildiyini diqqətə çatdıran rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, rayon təşkilatı fəaliyyət göstərdiyi 27 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib, ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib. Hazırda YAP Gədəbəy rayon təşkilatının 80 ərazi ilk partiya təşkilatında 6 min 206 nəfər partiya üzvü birləşib. Bu statistika, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinə olan inamın ifadəsidir: “Qeyd etdiyimiz kimi, partiya rayon təşkilatının təsis konfransı 1993-cü il yanvarın 22-də kecirilib. Ötən 27 ildə YAP Gədəbəy rayon təşkilatının sıraları çox genişlənib və rayonumuzun tanınmış ziyalıları, fəal gənclərimiz YAP Gədəbəy rayon təşkilatının sıralarında təmsil olunmaqdadır. Təbii ki, 27 il kifayət qədər böyük bir zaman kəsiyidir. Sevindirici haldır ki, istər kəmiyyət etibarı ilə, istərsə də keyfiyyət baxımından rayon təşkilatının sıraları daim yenilənir, genişlənir. Bu gün partiya rayon təşkilatına daha çox gənclər üzv olmaq üçün müraciətlər edirlər. Təsadüfi deyil ki, üzvlərimizin böyük bir hissəsini - 2 min 321 nəfərini məhz gənclər təşkil edir. Xüsusi qeyd etməliyəm ki, partiya sıralarına üzv olmaq üçün rayon təşkilatına yeni müraciətlər olunur və bu da partiyamızın bu gününə, gələcəyinə olan inamın göstəricilərindəndir”.
R.Nağıyevin sözlərinə görə, YAP Gədəbəy rayon təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını vaxtında yerinə yetirməyə, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak etməyə çalışır. Eyni zamanda, Gədəbəyin inkişafı istiqamətində həyata keçirilən işlərdə partiyanın rayon təşkilatı da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.
Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Gədəbəy rayonunda da mühüm addımların atıldığını deyən R.Nağıyev YAP Gədəbəy rayon təşkilatının üzvlərinin, əsasən də gənclərin bu prosesdə fəal rol oynadığını diqqətə çatdırıb. Aparılan maarifləndirmə işlərində, sanitar-gigiyenik qaydaların qorunması ilə bağlı təbliğat prosesində gənclərin aktiv iştirak etdiyini bildirən YAP Gədəbəy rayon təşkilatının sədri onu da əlavə edib ki, ötən dövrdə rayonda yaşayan aztəminatlı ailələrin sosial problemlərinin həlli istiqamətində əhəmiyyətli addımlar atılıb. “COVID-19 infeksiyası qlobal problemdir və bu mənada hazırda bütün dünya ağır sınaq, imtahan qarşısındadır. Yeni qlobal pandemiya COVID-19 dünyanı, eyni zamanda, ölkəmizin sakinlərinin sağlamlığını təhdid altına aldığı bir vaxtda gözlə görə bilmədiyimiz düşmənlə mübarizə ilə bağlı Gədəbəy rayonunda da müvafiq tədbirlər görülür. Rayonda dezinfeksiya işləri, maarifləndirmə tədbirləri, aztəminatlı ailələrə, tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə yardım aksiyaları həyata keçirilib. YAP Gədəbəy rayon təşkilatı tərəfindən 19 mart- 3 iyun tarixlərində 132 nəfərdən ibarət 27 ailəyə gigiyenik vasitələr paylanılıb. Bundan başqa, 4 aprel-3 iyun tarixləri aralığında YAPGədəbəy rayon təşkilatının könüllüləri 84 imkansız ailəyə ərzaq yardımı göstəriblər”, - deyə rayon təşkilatının sədri bildirib.
R.Nağıyev onu da əlavə edib ki, 4 aprel-3 iyun tarixində YAP Gədəbəy rayon təşkilatının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə 453 imkansız ailəyə sosial xidmət və ərzaq yardımı göstərib. Partiyamızın könüllüləri Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq yardımını 257 imkansız ailəyə çatdırıblar. R.Nağıyevin sözlərinə görə, bu nəcib aksiyadan faydalanan yüzlərlə aztəminatlı ailələrin üzvləri, tənha yaşayan yaşlı sakinlər əhalinin sağlamlığını daim diqqətdə saxlayan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Ötən dövr ərzində YAP Gədəbəy rayon təşkilatının keçirdiyi tədbirlər haqqında danışan təşkilatın aparat rəhbəri Zaur Mehdiyev qeyd edib ki, mütəmadi olaraq Şura və İdarə Heyətinin üzvlərinin, rayon gənclərinin, rayonda fəaliyyət göstərən həkimlərin iştirakı ilə koronavirusla mübarizəyə həsr olunmuş onlayn konfranslar təşkil edilir: “Bu onlayn konfranslarda insanların COVID-19 pandemiyasına yoluxmadan qorunması istiqamətində təbliğat və maarifləndirmə işləri ilə bağlı müzakirələr aparılır. Bundan başqa, YAP Gədəbəy rayon təşkilatında iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən erməni təxribatları ilə əlaqədar onlayn konfranslar da keçirilib. Bu konfranslarda çıxış edən rayon gəncləri birmənalı şəkildə Azərbaycan Ordusuna, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə inamlarını ifadə edərək dövlət başçısının apardığı siyasi kursu dəstəklədiklərini diqqətə çatdırıblar. Bununla yanaşı, YAP Gədəbəy rayon təşkilatının üzvləri yaşıllaşdırma tədbirlərində, qanvermə aksiyasında, “Əsgərə məktub” layihəsində və s. tədbirlərdə fəallıq göstəriblər”.
Onu da qeyd edək ki, YAP Gədəbəy rayon təşkilatının üzvü olan qadınlar da ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Hazırda rayon təşkilatında qadın üzvlərin sayı 2 min 94 nəfərdir. Rayon təşkilatı Qadınlar Şurasının sədri Məlahət Əliyevanın sözlərinə görə, Azərbaycan qadınlarının bütün dövrlərdə nümayiş etdirdiyi iradə, fədakarlıq, dərin düşüncə, müdriklik, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək olub. Eyni zamanda, YAP Gədəbəy rayon təşkilatı Qadınlar Şurasının üzvləri koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub, maarifləndirmə işində fəallıq göstərirlər.
Rayon təşkilatının işində Gənclər Birliyi öz aktiv fəaliyyəti ilə xüsusi seçilməkdədir. YAP Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Məmmədovun sözlərinə görə, hazırda təşkilatda 2 min 321 nəfər gənc birləşib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti Gədəbəy rayonunda da uğurla həyata keçirilir: “YAP Gədəbəy rayon təşkilatının sıralarında birləşən gənclər rayonun sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, onlar üçün yaradılan imkanlardan yararlanırlar. Bununla yanaşı, bütün sahələrdə, o cümlədən elmdə və təhsildə böyük uğurlar qazanıblar. YAP Gədəbəy rayon təşkilatının Gənclər Birliyi yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirən gənclərin asudə vaxtlarını səmərəli keçirilmələri, onların bilik və bacarıqlarının inkişafetdirilməsi, dünyagörüşünün zənginləşməsi istiqamətində maraqlı, ardıcıl layihələrlə çıxış edib. Bunun bəhrəsi olaraq, təşkilatın sıraları keyfiyyət etibarı ilə günü-gündən zənginləşib, yeni fəal gənclər böyük fəxr və qürur hissi ilə partiya sıralarına qoşulublar. Gənclərimizin partiyamıza könüllülük əsasında gəlməsi YAP-ın ölkəmizdə avanqard rola malik olmasını və alternativsiz siyasi qüvvə olduğunu bir daha sübut edir”.
Rayon təşkilatının Gənclər Birliyinin daim yeniliklərə üstünlük verdiyini, gənclərin maariflənməsi, ictimai-siyasi cəhətdən fəallığını təmin etmək üçün müxtəlif layihələr, tədbirlər həyata keçirildiyini deyən A.Məmmədovun sözlərinə görə, məqsəd gəncliyin inkişafına töhfə verməkdir.
O həmçinin qeyd edib ki, işğalçı Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata Azərbaycan Ordusunun layiqli cavab verməsi gənclərin hərbi vətənpərvərlik hisslərini daha da gücləndirib. Cəbhə xəttində yerləşən Gədəbəy rayonu hər zaman qəhrəmanları ilə seçilib, 1990-cı illərin əvvəlində mənfur ermənilərin bu rayona davamlı hücumları layiqli şəkildə cavablandırılıb. A.Məmmədov bildirib ki, bu gün hər bir gədəbəyli gənc işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etmək üçün döyüşə hazırdır: “YAP Gədəbəy rayon təşkilatının gənc üzvləri könüllü surətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində qeydiyyatdan keçərək Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etmək döyüşə getməyə hazır olduqlarını bildirirlər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37

