/ / Fəsli Nəbiyev: İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma beynəlxalq hüququn norma və prinsiplərinə ziddir
Fəsli Nəbiyev: İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma beynəlxalq hüququn norma və prinsiplərinə ziddir
05.09.2020 [09:10]
“Məlum olduğu kimi, bu ilin iyul ayında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində təxribatlar törətməklə qalmayıb, bu yaxınlarda cəhbənin Goranboy istiqamətində diversiya fəaliyyətinə cəhd edib. Bu azmış kimi, Ermənistan rəhbərliyi tərəfindən işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda qeyri-qanuni fəaliyyətlər davam etdirilir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev deyib.
F.Nəbiyevin sözlərinə görə, işğal altındakı ərazilərimizdə zaman-zaman qeyri-qanuni məskunlaşmaya dair faktlar ortaya çıxır: “Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb”.
O, qeyd edib ki, işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma beynəlxalq hüququn norma və prinsiplərinə ziddir: “Buna baxmayaraq, Livanın paytaxtı Beyrutda baş verən partalyış işğalçı dövlətin mənfur siyasətini həyata keçirmək üçün bir bəhanə olub. Belə ki, işğalçı dövlət üçün Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası mühüm hədəf kimi önə çəkilib. Halbuki Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud şəkildə pozulmasıdır”.
“İşğalçı Ermənistan həddini o qədər aşıb ki, bu dəfə işğal edilmiş ərazilərdə məskunlaşdırma niyyətlərini açıq şəkildə bəyan edir, Livandan olan ilk iki erməni ailəsinin Dağlıq Qarabağa köçdüyünü və bu prosesin davamlı olacağını bildirir. Habelə qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında, 100-150 erməni ailəsini Dağlıq Qarabağda yerləşdirməyə hazır olduğunu bildirib. Şübhəsizdir ki, işğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu dəyişdirmək niyyəti güdülür”, - deyə F.Nəbiyev bildirib.
F.Nəbiyevin sözlərinə görə, təəssüf doğuran digər hal odur ki, Ermənistanın işğalçı siyasətinə son qoyması üçün beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr konkret addımlar atmırlar: “Əksinə işğalçı dövlətin silahlandırılmasına göz yuman beynəlxalq təşkilatlar, işğal edilmiş torpaqlarda aparılan süni məskunlaşdırma fəaliyyətləri qarşısında da susmağa üstünlük verirlər”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

