Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Pərvin Kərimzadə: Paşinyanın Xankəndinə səfəri işğalçıların məkrli planının bir hissəsidir

Pərvin Kərimzadə: Paşinyanın Xankəndinə səfəri işğalçıların məkrli planının bir hissəsidir

05.09.2020 [09:11]

“İyulun 12-16-da işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatının, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdinin qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Məkrli planını həyata keçirməkdən usanmayan işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi Tovuz təxribatının arxasınca, diversiya-kəşfiyyat qrupunu avqustun 23-də Azərbaycanın Goranboy rayonu istiqamətində təmas xəttinə göndərdi. Azərbaycan Ordusu bu dəfə də Ermənistan silahlı qüvvələrinin təxribat törətmək planlarını pozdu”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisi deputatı Pərvin Kərimzadə deyib.
Pərvin Kərimzadə bildirib ki, əsgərlərimiz erməni diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyanı əsir götürüb. Ermənistan ordusunun Tovuz təxribatından sonra Goranboy istiqamətində düşmənin diversiya-kəşfiyyat əməliyyatının məğlubiyyəti bir daha sübut etdi ki, Azərbaycan Ordusu məkrli düşmənə sarsıdıcı zərbələr endirməyə, onun bütün hərbi təxribatlarını dəf etməyə hər an hazırdır.
Millət vəkilinin sözlərinə görə, digər tərəfdən işğalçılıq siyasətini dayanmadan həyata keçirməyə çalışan Ermənistan hakimiyyəti “Müdafiə haqqında” qanuna əlavə və dəyişikliklər etməklə, “könüllü hərbi birləşmələr” adı altında orduya muzdluların cəlb olunması üçün hüquqi baza yaratmağa başladı. Beyrutdakı vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edən Ermənistan Livandan olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılması planını bəyan etdi.
“Avqustun 29-da Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri, orada yaratdığı erməni hərbi birləşmələri ilə görüşü isə işğalçı hakimiyyətin sülhə hazır olmadığını, problemin danışıqlar masası arxasında həllinə maraq göstərmədiyini yenidən nümayiş etdirdi. Əslində, ölkəmizin işğal olunmuş Xankəndi şəhərinə Ermənistanın hərbi-siyasi rəhbərinin səfəri təcavüzkar ölkənin münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı olmasını, işğalçılıq siyasətini davam etdirməsini təsdiq edən yeni mesaj oldu. İflasa uğradıqdan sonra yeni təxribatlara əl atan, yalandan və siyasi blefdən peşəkarlıqla istifadə edən Ermənistan hakimiyyəti artıq anlamalıdır ki, Azərbaycan xalqı işğal altındakı torpaqlarını tezliklə azad edəcək. Haqq, ədalət mübarizəsində məğlub tərəf Ermənistan olacaq”, - deyə deputat qeyd edib.

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30