YAP Qusar rayon təşkilatı ötən dövr ərzində uğurla fəaliyyət göstərib
10.09.2020 [09:07]
Hazırda 104 ərazi ilk partiya təşkilatında 6 min 436 nəfər üzv birləşib
Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı vaxtdan böyük inkişaf yolu keçib. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiyamız bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atır. Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 760 mindən çox üzv birləşib.
Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü təmin edən mühüm amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Onu da qeyd edək ki, partiyanın şəhər və rayon təşkilatları ötən illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edərək, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Qusar rayon təşkilatı da belə təşkilatlardandır.
YAP Qusar rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü David İbramxəlilov partiyamızın böyük inkişaf yolu keçdiyini bildirib. O qeyd edib ki, 1990-cı illərin əvvəli ölkəmiz üçün ağır və ictimai-siyasi çətinliklərlə dolu olan dövr idi. Həmin vaxtlar respublikanı düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir olan bir siyasi qüvvəyə ehtiyac yaranmışdı. Şübhəsiz ki, bu siyasi qüvvəyə rəhbərlik edəcək şəxs xalq tərəfindən sevilən, cəsarətinə və gücünə inanılan, əməli ilə sözü bir olan, dərin zəkaya və praqmatik düşüncəyə malik bir insan olmalı idi. Belə bir çətin dövrdə ölkənin 91 nəfər ziyalısı yeni partiya yaratmaq və ona rəhbərlik etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər. 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfərin iştirakı ilə YAP-ın təsis konfransı keçirildi, partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün öz Proqram və Nizamnaməsinə müvafiq olaraq siyasi mübarizəyə qatıldı. Qısa müddət ərzində partiyamız siyasi cəhətdən yetkinləşən, xalqı öz ardınca aparmağı bacaran böyük bir siyasi qüvvəyə çevrildi.
D.İbramxəlilov qeyd edib ki, YAP Qusar rayon təşkilatı 1993-cü il, fevralın 14-də yaradılıb. Hazırda 104 ərazi ilk partiya təşkilatında 6436 nəfər üzv birləşib. Üzvlərin 3200 nəfərini gənclər, 2878 nəfərini isə qadınlar təşkil edir. “YAP Qusar rayon təşkilatı fəaliyyət göstərdiyi illər ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Bu dövrdə təşkilatımıza üzv olan şəxslərin böyük əksəriyyətini gənclər təşkil edir. Bu da gənclərin Heydər Əliyev ideyalarına və Prezidentimiz İlham Əliyevin siyasətinə dərin inamının ifadəsidir”, - deyən D.İbramxəlilovun sözlərinə görə, rayon təşkilatının üzvləri Qusarın sosial-iqtisadi inkişafında, ictimai həyatında da fəal iştirak edirlər.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarımız sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Bu baxımdan, Qusarın inkişafı da xüsusi vurğulanmalıdır. Ötən illər ərzində Qusarda çox böyük quruculuq işləri həyata keçirilib, rayonun simasi əhəmiyyətli dərəcədə müasirləşib. Hazırda Qusar regionun ən böyük turizm mərkəzlərindən birinə çevrilib”, - deyə rayon təşkilatının sədri vurğulayıb.
Onu da qeyd edək ki, hazırda Qusar rayonu ərazisində koronavirus pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər görülməkdə davam edir. YAP Qusar rayon təşkilatının aparat rəhbəri Kamil Sultanovun sözlərinə görə, dünyanın bütün ölkələrini ağuşuna almış yeni növ koronavirus (COVID - 19) infeksiyasına qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Qusar rayonunda da bir sıra qabaqlayıcı tədbirlər görülüb. Bu prosesdə YAP rayon təşkilatının könüllüləri də fəallıq göstəriblər. Onun sözlərinə görə, gənc partiya fəallarının iştirakı ilə COVID-19-a qarşı mübarizə məqsədilə əhali arasında maarifləndirmə tədbirləri aparılıb, insanların daha çox toplaşdığı yerlərdə təbliğat materialları paylanıb: “Aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan insanlara qoruyucu vasitələr, ərzaq və digər ehtiyacı olan ləvazımatlar da paylanılıb. Karantin müddətində 100 nəfərdən çox sakinə gigiyenik vasitələr çatdırılıb. YAP Qusar rayon təşkilatının könüllüləri 4 aprel-3 iyun tarixləri ərzində 80 imkansız ailəyə ərzaq yardımı edib. Həmçinin, təşkilatın könüllüləri Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi ilə birlikdə 125 imkansız ailəyə sosial xidmət göstərib və ərzaq yardımı paylayıb. Eyni zamanda, könüllü gənclər Heydər Əliyev Fondu tərəfindən imkansız ailələr üçün rayona göndərilmiş ərzaq yardımlarını 195 imkansız ailəyə çatdırıb”.
Onu da bildirək ki, YAP Qusar rayon təşkilatının üzvü olan qadınlar da ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Qeyd etdiyimiz kimi, rayon təşkilatının üzvlərinin 2878 nəfərini qadınlar təşkil edir. YAP Qusar rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Qlıçovanın sözlərinə görə, koronavirusla mübarizə tədbirləri çərçivəsində Qadinlar Şurasının fəalları rayondakı yaşı 65-dən yuxarı olan tənha yaşayan qadınlara baş çəkib, onlara mənəvi dəstək olub və ehtiyac olanlara maddi köməklik göstəriblər: “Eyni zamanda, Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın törətdiyi hərbi təxribata etiraz olaraq təşkilatımızın fəal qadınları sosial şəbəkələrdə əhaliyə müraciətlə çıxış ediblər. Bununla yanaşı, qadınlarımız da könüllü surətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlərt Xidmətinin Qusar rayon şöbəsində qeydiyyatdan keçərək torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə hazır olduqlarının bildiriblər”.
Rayon təşkilatının Gənclər Birliyi də pandemiya şəraitində də öz aktivliyini davam etdirir. Təşkilatın Gənclər Birliyinin sədri Ayaz Abdullayev bildirib ki, gənclərimiz hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına və ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinə sadiqdirlər. Onun sözlərinə görə, hazırda rayon təşkilatında 3200-dən çox gənc birləşib: “Ötən dövr ərzində gənclərimiz ictimai-siyasi proseslərdə fəal iştirak ediblər, dövlətimizin uğurlu siyasətinin əhali arasında təbliğ aktivlik göstəriblər. Hazırda da bu proses davam edir. Pandemiya ilə əlaqədar olaraq sosial təcrid vəziyyətində gənclərimiz daha çox fəaliyyətlərini sosial şəbəkələrdə davam etdirirlər. Eyni zamanda, onlar gənclərin onlayn konfranslarında fəallıq göstərir, YAP Gənclər Birliyi tərəfindən təşkil olunmuş “Gənclərin yay düşərgəsi” ndə onlayn olaraq iştirak ediblər. Həmçinin, Tovuz döyüşləri zamanı ilk olaraq ayağa qalxan, Vətəni müdafiə etmək üçün birlik nümayiş etdirənlər də gənclər oldular. Yüzlərlə rayon gənc könüllü olaraq döyüşə getməyə hazır olduğunu bildirirək, könüllü olaraq ordu sıralarına yazıldılar”.
A.Abdullayev onu da qeyd edib ki, hazırda karantin şəraitində könüllü gənclərimiz ictimai fəallıq göstərir, müxtəlif aksiyalarla əhalinin qayğıya ehtiyacı olan hissəsinə yaxından köməklik göstərirlər.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56

