Sevda Abdullayeva: Təhsilə yüksək səviyyədə münasibət gələcəyimizə ən böyük qayğıdır
12.09.2020 [00:11]
“Azərbaycanda təhsilin inkişafı daim dövlətin xüsusi diqqət mərkəzindədir. Bugünlərdə Prezident İlham Əliyevin Bakı şəhərindəki 251 nömrəli orta məktəbə gedərək, orada aparılan əsaslı təmir işləri ilə tanış olması, məktəbin yeni korpusunun açılışında iştirak etməsi göstərir ki, təhsil və onun problemlərinin həlli dövlətimizin başçısı üçün prioritet istiqamətlərdən biri olaraq qalır”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva deyib.
Sevda Abdullayeva bildirib ki, bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir.
Onun sözlərinə görə, təhsil infrastrukturunun yenilənməsi də daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Təsadüfi deyil ki, son 17 il ərzində 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub ki, bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.
“Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı mövcuddur. Təhsilin inkişafı ilə bağlı mühüm strategiya hazırlanıb, dövlət proqramları qəbul olunub. Elə son illərdə təhsilə ayrılan büdcə xərclərinə baxsaq, dövlətin təhsil sahəsinin inkişafında nə qədər maraqlı olduğunu görmək mümkündür. Həmçinin ölkəmizdə aparılan təhsil siyasətinin həyata keçməsində Heydər Əliyev Fondunun müstəsna fəaliyyəti var və bu fəaliyyət hazırda da uğurla davam edir. Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərə böyük töhfələr verib. Bütövlükdə, təhsilə yüksək səviyyədə münasibət isə gələcəyimizə ən böyük qayğıdır”, - deyə S.Abdullayeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

