YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin fəalları və könüllüləri ilə görüş keçirilib
18.09.2020 [23:41]
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı Gənclər Birliyinin fəalları və könüllüləri ilə görüş keçirilib. Görüşdə YAP Göygöl rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turani Əliyev və Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu iştirak ediblər.
Görüşdə çıxış edən rayon təşkilatının sədri T.Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasından, keçdiyi şərəfli yoldan, Ulu Öndər Heydər Əliyevin siyasi kursundan və bu kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmiz üçün müstəsna xidmətlərindən bəhs edib. Onun sözlərinə görə, dövlət başçısının son 17 ildə həyata keçirdiyi islahatlar son illərdə yeni mərhələyə daxil olub. Ölkəmizidə əldə olunan nailiyyətlərdə və qazanılmış uğurlarda YAP və Azərbaycan gəncliyinin özünəməxsus yeri olduğunu vurğulayan T.Əliyev bütün sahələrdə gənclərə üstünlük verildiyini bildirib: “Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu isə son zamanlar ölkəmizdə baş verən ictimai-siyasi proseslərə toxunub, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət başçısı tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edərək bildirib ki, gənclərimiz bu işdə aktiv olmalıdırlar.
İyul ayında düşmənin Tovuz rayonu istiqamətində əl atdığı təxribatdan da danışan E.Mirbəşiroğlu döyüş zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən söz açaraq xalqımızın öz ordusu ilə hər zaman fəxr etdiyini deyib.
Daha sonra YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Vüqar Hüseynov və digər gənclər çıxış edərək, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs ediblər. Bildirilib ki, ölkə gəncləri bundan sonra da öz məsuliyyətlərini dərindən dərk edəcək, qarşıya qoyulmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcəklər.
Tədbirin sonunda YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin fəal gəncləri və könüllüləri Fəxri fərman və sertifikatlarla təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43

