Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyi ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Təşkilatı “Bir millət-iki dövlət” mövzusunda videokonfrans keçirib

YAP Gənclər Birliyi ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Təşkilatı “Bir millət-iki dövlət” mövzusunda videokonfrans keçirib

08.10.2020 [09:36]

Oktyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Təşkilatının birgə təşəbbüsü ilə “Bir millət-iki dövlət” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov bu gün tariximizin çox məsuliyyətli və sınaq dövrünü yaşadığımızı bildirib. O qeyd edib ki, Azərbaycan Ordusu işğalçı Ermənistanın növbəti hərbi təxribatının qarşısını alıb, əks-hücum əməliyyatı keçirərək işğal olunmuş torpaqlarımızı azad edir. R.Məmmədov söyləyib ki, xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib.
Millət vəkili Azərbaycanın haqq mübarizəsində qardaş Türkiyənin Azərbaycanı dəstəklədiyini birmənalı şəkildə bəyan etdiyini xatırladıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də dövlət və hökumət qurumlarının, parlament üzvlərinin açıqlamaları, siyasi partiyaların mövqeyi bunu deməyə əsas verir. “Hər iki partiyanın gəncləri olaraq erməni işğalına son qoyulması üçün müxtəlif platformalarda aparılan mübarizə bizdə məmnunluq doğurur. Bununla belə, bu mübarizəni daha da gücləndirməliyik”, - deyə R.Məmmədov vurğulayıb.
Daha sonra çıxış edən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər Təşkilatının başkanı Ahmet Büyükgümüş bildirib ki, Türkiyə xalqı apardığı haqq mübarizəsində daim qardaş Azərbaycan xalqının yanındadır. Qarabağın əzəli Azərbaycan torpağı olduğunu deyən Ahmet Büyükgümüş bildirib ki, işğalçı Ermənistan bu torpaqları tərk etməlidir. O, bu məsələdə dünya ictimaiyyətinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməli olduğunu deyib: “Bizim Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Türkiyə dövlətinin mövqeyini birmənalı şəkildə bəyan edib. Türkiyə xalqı, o cümlədən gənclər bu haqq mübarizəsində sonuna qədər dost və qardaş Azərbaycanın yanındadır”.
Daha sonra YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Gəncəni ağır silahlardan atəşə tutduğunu, bunun nəticəsində mülki əhalinin, infrastrukturun zərər gördüyünü bildirib. O qeyd edib ki, bu kimi hallar gəncəliləri nəinki qorxutmur, əksinə düşmənə qarşı mübarizədə daha da səfərbər edir. N.Həmzəyev qardaş Türkiyə dövlətinə və xalqına Azərbaycanın ədalətli mübarizəsində dəstək verdiyinə görə təşəkkür edib.
Videokonfransda, həmçinin Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Salman Özboyacı, təşkilatın xarici əlaqələr şöbəsinin rəhbəri Çingizxan Güngör, YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva və digərləri çıxış edərək hazırkı dövrdə hər iki dövlətin eyni mövqedən çıxış etməsinin əhəmiyyətini vurğulaylıblar. Qeyd olunub ki, münasibətlərimiz Ümummilli Liderimiz Heydər Əliyevin ifadə etdiyi “bir millət-iki dövlət” fəlsəfəsinə əsaslanır. Tədbirdə əminliklə qeyd olunub ki, tezliklə Azərbaycan haqlı mübarizədə qalib gələcək, Dağlıq Qarabağ və ətraf rayonlar erməni işğalından azad olunacaq.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30