Elçin İsmayılov: Azərbaycan Ordusu bizi qələbə xəbərləri ilə sevindirir
09.10.2020 [08:55]
“Prezident İlham Əliyev ötən illər ərzində mötəbər beynəlxalq təşkilatların tribunasından çıxış edərək münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin, həmçinin Ermənistanın hərbi təcavüzünün qarşısını almağın vacibliyini vurğulayıb. Lakin ötən dövrdə beynəlxalq birlik tərəfindən bu istiqamətdə hər hansı addım atılmayıb”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov söyləyib.
Bu gün ermənilərin mülki şəxsləri atəşə tutmasına diqqət çəkən E.İsmayılov qeyd edib ki, düşmən Azərbaycan əsgəri ilə döyüşə girməkdən qorxduğu üçün dinc sakinləri hədəf alır. Amma buna baxmayaraq, sakinlər Azərbaycan Ordusuna güvəndiklərini deyirlər. E.İsmayılov bildirib ki, cəbhədə baş verən erməni təxribatının qarşısını alan şanlı Azərbaycan Ordusu düşmənin üzərində böyük üstünlüyə malikdir. Hər bir Goranboy sakini bundan sonra da Ordumuzdan qələbə xəbəri gözləyir.
Gənclərimizin vətənpərvərlik ruhunun yüksək olduğunu vurğulayan rayon təşkilatının sədri qeyd edib ki, gənclərimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələri qarşısında növbəyə dayanıblar: “Onlar könüllü olaraq cəbhəyə getmək istəyirlər. Hər bir Azərbaycan vətəndaşı 30 ildir ki, səbirsizliklə torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyir. Cəbhədə erməni təxribatına layiqli cavab verən şanlı Azərbaycan Ordusu bizi qələbə xəbərləri ilə sevindirməkdə davam edəcək. Bu gün vətənpərvər ruhda böyüyən Azərbaycan gəncləri düşmənlə döyüşə ruh yüksəkliyi ilə gedir. Ölkəmizdə qismən səfərbərlik olunub. Amma buna baxmayaraq, minlərlə gənc könüllü döyüşmək istəyir. Əminəm ki, qələbə bizimdir, Qarabağ Azərbaycandır! Allah hərbçilərimizi qorusun!”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxHadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59

