İlham Əliyev Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazır
09.10.2020 [08:58]
Birinci Qarabağ savaşı zamanı televiziyadan cəbhə xəbərlərini elan edən hərbi diktor adətən hər xəbər təqdimatından sonra tamaşaçılarla bu cümlə ilə sağollaşardı: “Qələbə müjdəli sabahlaradək”.
Bu adi cümlənin o qədər böyük enerjisi vardı ki, Azərbaycan tamaşaçısı hər axşam ondan yeni bir qələbə müjdəsi gözləyərdi, oxunan xəbərlərin, düşmən üzərində əldə edilən üstünlüklərin məzmunu gözləntilərindəkilərə uyğun olmayanda qüssələnərdi, ümidini növbəti sabaha bağlayardı, o müjdəli sabahların çox tezliklə açılacağına bütün varlığı ilə inanardı.
Hamımızın bildiyimiz obyektiv səbəblərdən əfsuslar olsun ki, o zaman qələbə ovqatını məğlubiyyət duyğusunun ağır əhvalı əvəzlədi. Düşmən güclü havadarlarının əli ilə torpaqlarımızın 20 faizini işğal etdi. Bir milyona yaxın soydaşımız yurdundan-yuvasından didərgin düşüb Vətənin başqa səmtlərinə səpələndi, ailələr, həyatlar, talelər param-parça oldu.
Azərbaycan insanı içindəki incikliklə, məyusluqla hətta yavaş-yavaş televiziya ekranı qarşısından da aralanmağa başladı, yaxud itkilərimizi bizə daha aydın xatırladan, xatirələrimizi, yurd yaddaşımızı ovxarında saxlayan proqramlara, görüntülərə, nişanələrə sarıldı.
Şuşadan olan bir dostumuz vardı, həmişə televiziya kanallarında gedən hava proqnozlarını mütləq izləyirdi. Deyirdi, işğal altındakı rayonlarımızın hava şəraitini hər dəfə efirdən elan edəndə xəyalən o torpaqlara yollanıram, oraların havasını istisini-sərinini, yağışını-qarını bir neçə dəqiqə canımda hiss edirəm və ümidlənirəm ki, ora nə zamansa qayıdacağam.
Hətta ümidsizliyin adamın əhədini kəsən vədələrində də Azərbaycan insanı Qələbə müjdəli o sabahlardan ümidini üzmədi. O sabahın bir gün açılacağına inandı. Biz o sabahın açılmasını düz 28 il gözlədik. Və bundan sonrakı nəsillərimizin də minillikllər ərzində həmişə qürurla xatırlayacaqları gözəl bir payız günü o sabahın dan yeri sökülməyə başladı. Şanlı ordumuzun cəbhə bölgəsində azğın düşmən üzərində qazandığı hər zəfər, azad etdiyi hər qarış torpaq o sabahın sərin meh kimi ruhumuza vuran, bizi 28 illik qorxulu röyadan oyadan yeni bir qələbə müjdəsidir.
Bu qələbənin üç müəllifi var: bütün çətinliklərə, acılara rəğmən işğalla bir an belə barışmayan, düşmənə qarşı içindəki nifrəti getdikcə böyüdən, ümidini heç zaman itirməyən, seçimini düzgün müəyyənləşdirərək taleyini dürüst əllərə tapşıran və həmrəyliyi, daimi dəstəyi ilə bu əlləri polad kimi sarsılmaz edən Azərbaycan xalqı...
Bu xalqın düşmənə nifrət, Vətənə sevgi hissi ilə yetirib boya-başa çatdırdığı qeyrətli övladlarından təşkil olunmuş müzəffər Ordumuz...
Və ömrünün heç bir məqamında bu Vətənin, xalqın, dövlətin maraqlarını zərrə qədər də olsun yadlara güzəştə getməmiş və Əyyub peyğəmbər səbri ilə bizi Böyük Zəfərə yetirməyə müvəffəq olmuş Ali Baş Komandan cənab İlham Əliyev!..
* * *
Müharibə dövrünün, təbii ki, öz qayda-qanunları var. Bu, aparılan əməliyyatlar, əldə edilən nəticələr haqqında məlumatların mümkün qədər “xəsisliklə”, hərbi dilə xas qısa, lakonik tərzdə çatdırılmasına da aiddir.
Azad edilən hər kənd, hər şəhər hələlik cəbhə xəbərlərində sadəcə statistika kimi görünür. Amma hər yeni bir kəndin işğaldan azad edilməsi nə deməkdir?! Bu, illərdir ağır yük kimi daşıdıqları məcburi köçkün adından qurtulduqları üçün bir-birinə gözaydınlığı verən insanların qəlbindəki toy-büsatdır.
Bu günün həsrəti ilə dünyadan köçən, bəlkə nə vaxtsa sümükləri o torpaqlara qovuşub rahatlıq tapar deyə, doğmalarının əksər hallarda dəmir tabutlarda Vətənin başqa məzarlıqlarında əmanət qəbir kimi torpağa gömdükləri mərhumların şadiman ruhudur.
İşğal altındakı qərib yurdlarımızda illərdən bəridir yaxınlarının ziyarətinə, əlinin tumarına, dilinin duasına, gözlərinin yaşına həsrət nigaran qəbirlərin intizarını bitirən ilk cığırlardır.
İllərdir, o yerləri heç olmasa bircə dəqiqə görmək ümidi ilə yaşayan ixtiyarların gözlərindəki nisgilin silinərək yerini ümid işığına verməsidir.
Azad edilən hər kəndin, hər qarış torpağı onun uğrunda canını fəda edən Azərbaycan əsgərinin qanı ilə yazılmış qəhrəmanlıq dastanıdır.
* * *
Bu dastanın bir boyu artıq dogma Azərbaycanla yanaşı, Vətən tarixinin ən qədim qatlarından gələn doğma Suqovuşan adına da qovuşmuş cənnət məkanımızda Azərbaycan əsgərinin dövlət bayrağımızı ucaltması anında yazıldı. Hamı kimi qürurla,sevinc dolu göz yaşları ilə izlədim o anları.
Qalib hərbçinin üzü görünmürdü, yaşı, rütbəsi bəlli deyildi, ona sadəcə Azərbaycan əsgəri kimi baxırdım və o anda düşüncələrimdə o əsgərdən güclü kimsə,mənsəb olaraq onun daşıdığı əsgər rütbəsindən üstün nəsə yox idi. Hansı ata-ananın bioloji övladı olmasından, hərbi xidmətə hansı evdən, eldən yollanmasından asılı olmayaraq o anda o əsgər balamız bütün Azərbaycan xalqına bir övladın öz valideynlərinə yaşadacağı ən böyük fəxarəti yaşatdı, bütün Azərbaycan ailələrinin qürur yerinə çevrildi.
Rəzil düşmənın bayrağını yerə salandan sonra onu təpiklə kənara tullayaraq illərdən bəri ürəyimizdə toplanmış dərd yükünü bir təpiklə yerlə-yeksan etdi, qəlbimizin başında qövr edən yaraya məlhəm qoydu, düşmən bayrağının yerində ucaltdığı üç rəngli aylı-ulduzlu bayrağımızın işığı ilə göstərdi ki, səbrin sonu səlamətmiş, haqq davası aparanların qisası qiyamətə qalmaz.
* * *
Ötən həftə sürücümdən xahiş etmişdim ki, məni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakıdakı yerli qurumlarının, el dilində desək “vayenkomat”ların qarşısına aparsın. Hər birinin qarşısında gənclərin böyük qələbəliyi yaranmış bu qurumların çoxuna baş çəkdim. Azərbaycan bayrağı ilə bəzədilmiş avtomobillərdə, toy-bayrama gedirmiş kimi gəlib toplaşan və döyüşə yollanacağı anı sevinclə, fərəhlə, coşğu ilə gözləyən bu gəncləri gördükcə o binaların hər birinin qarşısında göz yaşları tökdüm...
Bu balalarımızın gözlərindəki parıltını, Vətən sevgisini görəndə o an əlimdən gələn yeganə şey onları bir-bir bağrıma basıb, alınlarından öpərək “Qeyrətinizə qurban” demək oldu.
Hamısının qeyrətinə qurban olum!
Hamısını Allah qorusun!
Gəl gör indi bu gənclik əyninə hərbi forma geyinib, əlinə silah alıb döyüş meydanlarında düşmənlə aslan kimi üz-üzə dayananda nələr edir. İllərdən bəri havadarlarına bel bağlayaraq bizə acılar yaşadan, əsəblərimizlə oynayan düşmənə indi nələr çəkdirir, yağının qoparağını necə götürür, cənab Prezidentimizin də qeyd etdiyi kimi, onları torpaqlarımızdan iti qovan kimi necə qovur.
Əgər bir yurdun gənci onu döyüşə aparmadıqlarına görə etiraz edirsə, əgər bir yurdun gənci döyüşə toya-bayrama gedirmiş kimi yollanırsa, o yurd basılmaz, onun ordusuna qalib gəlmək mümkün olmaz.
İlham Əliyevin qurduğu Azərbaycan bax budur!
İlham Əliyevin formalaşdırdığı Azərbaycan Ordusu bax budur!
İlham Əliyevin milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetirdiyi Azərbaycanda yetişən gəncliyimiz bax budur!..
* * *
Ali Baş Komandanın əmri ilə düşmən təxribatlarına qarşı əks-hücum əməliyyatları aparan Azərbaycan Ordusu qəhrəman balamız, qürur yerimiz Mübariz İbrahimovun bir zamanlar şəhid olduğu postu alıb burada bayrağımızı ucaltdı.
Cənab İlham Əliyev gör kimlərin ruhunu şad elədi, gör kimlərin qisasını aldı...
İlham Əliyev iki əsrdən bəridir ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların qisasını aldı, iki əsrdir sürən tarixi dövranı dəyişdi. İlham Əliyev Xocalıda bir gecədə qətlə yetirilən yüzlərlə can parçamızın qisasını qiyamətə qoymadı.
İllərlə davam edən danışıqlar prosesində işğalçı Ermənistanın xaricdəki havadarlarının yerbəyerdən bu çinar vüqarlı Liderin üzərinə yönələn təzyiqlərinin, ona çəkdirdikləri iztirabların, yuxusuz gecələrin, gərginliklərin qisasını gələcəyə buraxmadı. Ulu Öndər siyasət meydanını, bir neçə ay sonra isə fani dünyamızı cənab İlham Əliyevin onun yarım qalmış işlərini başa çatdıracağı ümidi ilə tərk etmişdi.
İlham Əliyev bu gün Ümummilli Liderin ən nisgilli arzusunu reallaşdırır, Onun yarım qalmış ən vacib işini, planını tamama yetirir. Heydər Əliyevin açdığı yeni səhifədə Azərbaycan tarixinin ən şərəfli sətirlərini yazır.
* * *
Bir çox tarixi romanların müəllifi kimi özümdə zamanı şəxsiyyətlərlə birgə hiss etmək vərdişi formalaşdırmışam. Böyük şəxsiyyətlərimizin tarixdə hansı rolu oynadıqlarını aydın təsəvvür edirəm. Yaxşı bilirəm ki, Uzun Həsən, şah babamız Xətai, Nadir şah, onların sonrakı davamçıları Fətəli xan Xoyski, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqa Cümhuriyyət qurucularımız, ötən əsrin 60-cı illərinin sonlarına doğru bu şəxsiyyətlərin mənəvi ideallarının tərcümanı kimi dövlətçilik tariximizdə ucalan Heydər Əliyev bu dövlət üçün nələr ediblər.
İlham Əliyevin xalqımıza bəxş etdiyi bu tarixi qələbə də mahiyyət etibarilə Şah İsmayılın qurduğu mərkəzçi dövlətlə, müsəlman Şərqinin ilk demokratik Cümhuriyyəti faktı ilə, Heydər Əliyevin uğurla həyata keçirdiyi müstəqil dövlət quruculuğu ilə bir sırada dayanan tarixi nailiyyətdir!
İlham Əliyevin bu qələbəsi Azərbaycan tarixindəki böyük gözləntiləri reallığa çevrirməklə möhtəşəmliyinə görə dünya siyasətində, dünya sərkərdəliyində, dünya hərb tarixində özünə daim parlaq yer tutacaq. Çünki bu ən incə detalına qədər düşünülmüş, hər bir məqamı böyük strateq səbri, müdrikliyi, əzmi və qətiyyəti ilə nəzərə alınmış bir döyüşün zəfəridir.
Böyük diplomatik səriştəsi ilə həlledici məqamlar ustası olan İlham Əliyev bu dəfə də bacardı. Və bizi özümüzə qaytardı. Azərbaycan xalqını özünəinama, qan yaddaşına, soy-kökümüzdən gələn mənəvi gücə qovuşdurdu.
Burasını da etiraf edək, uzun illərin işğal bədbinliyindən hamımız milli natamamlıq kompleksinə mübtəla olmuşduq. Hər birimizdə müəyyən inamsızlıq kompleksi vardı, elə bilirdik ki, daha o torpaqlar azad olunan deyil, bizə imkan verməzlər, gücümüz çatmaz, nə bilim daha nələr. Şükür dövlətimizin getdikcə artan sosial-iqtisadi imkanlarına, insanlarımızın yüksələn rifahına, bu sarıdan həyatımızda çox şey qaydasında olsa da, həmişə sanki nəsə çatışmırdı. Çatışmayan o dəyər itirilmiş torpaqlarımız, işğal yarasının heysiyyətimizdə zədələyib açdığı boşluqlar idi. Bunu açıq deyə bilməsək də, müəyyən yaxın dost çevrələrində danışırdıq,illərdir bu şəkildə davam edən durumdan gileylənirdik, heç olmasa bununla təsəlli tapmağa çalışırdıq.
İlham Əliyev isə son qətiyyətli addımları ilə bu təəssüratı büsbütün dəyişdi. Bizim özümüzə də, dünyaya da sübut etdi ki, biz əslində, dünyanın ən döyüşkən xalqları sırasındayıq. Biz qalib gəlməyi bacaran xalqıq. Biz böyük mənəvi dəyərlərə malik xalqıq.
Neçə gündür, Bakı küçələrində addımlayan insanlara baxıram, qalibiyyət sevinci ilə köksü atlanan həmvətənlərimizi seyr edirəm, elə bil, adamların qəddi də düzəlib, indi hamımız on gün əvvələ qədər olduğundan da daha şax yeriməyə başlamışıq. Buna çox böyük ehtiyacımız vardı, bu qələbə bizi daha da böyüdəcək, başqa çatışmazlıqlarımızı da aradan götürəcək zaman-zaman...
* * *
Hamı kimi cəbhə xəbərlərini az qala dörd gözlə izləyirəm. Artıq, demək olar ki, hər gün beş-altı kəndimizi düşməndən təmizləyirik.
Artıq Qələbədən başqa yolumuz yoxdur...
Qeydlərimi Azərbaycanın müasir tarixi nailiyyətlərində misilsiz xidmətləri olan Mehriban xanım Əliyevanın bu duası ilə bitirirəm: “Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun. Qarabağ Azərbaycandır!”
Bu, bir ananın duasıdır...
Ana obrazında təcəlla tapmış Vətənimiz Azərbaycanın duasıdır...
Bu Vətənin hər bir övladının duasıdır...
Dualarımız başa varsın!
Qələbə bizimlədir!
Qarabağ Azərbaycandır!..
Hüseynbala MİRƏLƏMOV,
Yeni Azərbaycan Partiyası
Xətai rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20

