Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Rüstəm Nağıyev: Əldə olunan zəfər hər birimizi qürurlandırır

Rüstəm Nağıyev: Əldə olunan zəfər hər birimizi qürurlandırır

19.11.2020 [08:49]

“Azərbaycan xalqı bu möhtəşəm qələbənin əldə olunacağına hər zaman inanırdı. Ordumuzun bu zəfər yürüşü, torpaqlarımızın düşməndən azad edilməsi bütün dünyaya xalqımızın əzmini, Prezidentimizin qətiyyətini nümayiş etdirdi”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib.
Onun sözlərinə görə, hələ iyul ayında Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatlar törədən işğalçı ölkə özünün mənfur niyyətini hər kəsə nümayiş etdirmişdi. Ölkəmizə qarşı yenidən işğalçılıq cəhdləri etməyə çalışan Ermənistanın həmin dövrdə Azərbaycan dövlətinin xəbərdarlıqlarına məhəl qoymadığını bildirən R.Nağıyev sentyabr ayında başlanan əks-hücum əməliyyatları nəticəsində ədalətin bərpa olunduğunu diqqətə çatdırdı.
“Bu böyük qələbədir. Əldə olunan zəfər hər birimizi qürurlandırır. Təəssüflər olsun ki, ölkə daxilindəki bəzi radikal qüvvələr yenidən ölkəmizin bu uğuruna qarşı ermənipərəstlərin dili ilə qara yaxmağa cəhd göstərir. Amma onların bu niyyəti baş tutmayacaq. Vaxtilə Qarabağın ermənilər tərəfindən zəbt olunmasına şərait yaradan indiki radikal müxalifət rəhbərlərinin xəyanətkar xisləti xalqımıza yaxşı tanışdır. Bu qələbədən narahatlıq keçirən belələri anlayırlar ki, birbaşa onların günahı, səhvi və səriştəsizliyi nəticəsində itirilən torpaqlarımız cənab Prezidentimizin qətiyyəti, iradəsi və siyasi zəkası sayəsində yenidən xalqımıza qaytarılıb. Bu böyük zəfər dövlətimizin gələcək inkişafında yeni səhifə açacaq”, - deyə R.Nağıyev bildirib.
PƏRVİZ

Paylaş:
Baxılıb: 721 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30