Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Kürdəmir rayon təşkilatında partiyanın yaradılmasının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib

YAP Kürdəmir rayon təşkilatında partiyanın yaradılmasının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib

24.11.2020 [09:09]

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 28-ci ildönümü münasibətilə YAP Kürdəmir rayon təşkilatında videokonfrans formatında tədbir keçirilib.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri Rauf Abuşov çıxış edərək Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyamızın cəmiyyətdə aparıcı rolundan danışıb. Rauf Abuşov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bügünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Ulu Öndər Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir. Onun sözlərinə görə, müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla addımlayır. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası öz inkişafının ən möhtəşəm tarixini yaşayır və partiyamız cəmiyyətin bütün təbəqələrini əhatə etməklə öz sıralarında 760 mindən çox vətəndaşı birləşdirən, siyasi-ideoloji güc mərkəzidir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, təşkilatın Gənclər Birliyinin sədr müavini Mais Bayramov, təşkilatın İdarə Heyətinin üzvü Dürriyə Seyidova çıxış edərək ötən 28 ildə YAP-ın keçdiyi inkişaf yolu barədə fikirlərini bildiriblər.

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30