Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib
28.11.2020 [01:43]
Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib.
AZƏRTAC həmin bəyanatı təqdim edir.
Yeni Azərbaycan Partiyası olaraq, Fransa Senatında noyabrın 25-də “Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul olunmasını qətiyyətlə pisləyirik. Avropa demokratiyasının aparıcı dövlətlərindən sayılan Fransanın qanunverici orqanı tərəfindən belə addımın atılmasını suveren Azərbaycan dövlətinə qarşı qeyri-dost münasibət, onun daxili işlərinə kobud müdaxilə cəhdi, beynəlxalq hüququn fundamental prinsiplərinə böyük hörmətsizlik nümunəsi hesab edirik. Eləcə də məlum qətnamədə qardaş Türkiyəyə qarşı əsassız iddiaların yer almasına, Dağlıq Qarabağ problemindən Türkiyə Respublikasının əleyhinə çirkin təzyiq kampaniyasında vasitə kimi istifadə edilməsinə dərin etirazımızı bildiririk.
Bu qətnamə erməni lobbisinin təsiri altında hərəkət edərək Fransanın maraqlarını və beynəlxalq hüququ heçə sayan bir qrup senatorun Azərbaycana uğursuz təzyiq göstərmək cəhdindən başqa bir şey deyil. Qətnaməyə səs verənlər, görünür, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu unudur və ya öz ölkələrini artıq bu statusda görmürlər.
Fransa Senatına onu da xatırlatmaq istəyirik ki, məhz sizin ölkəniz BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən məlum 4 qətnamənin qəbul edilməsində iştirak edib. Təəssüf hissi ilə bildiririk ki, 30 ilə yaxın müddət ərzində Fransanın da daxil olduğu beynəlxalq vasitəçilər bütün zəruri hüquqi bazanın olmasına rəğmən, Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycan torpaqlarının azad edilməsi, bir milyona yaxın məcburi köçkünün öz evlərinə qaytarılması üçün üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri addımları atmadılar və ya atmaq istəmədilər. Belə olan halda Azərbaycanın hüquq çərçivəsində beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa və təcavüzkar Ermənistanı sülhə məcbur etməsinə qərəzli münasibət sərgiləmək, Azərbaycana və Türkiyəyə qarşı heç bir əsası olmayan ittihamlar irəli sürmək Fransanın bitərəf qalmalı olan vasitəçilik missiyası ilə qətiyyən uzlaşmır, onun ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətinə Azərbaycan cəmiyyətinin inamını kökündən sarsıdır.
Sözügedən qətnamənin qəbulu bəzi Qərb siyasi dairələrində islamofob meyillərin və özlərinin təşviq etdikləri dəyərləri, demokratiya prinsiplərini və qanunları pozmaq ənənəsinin növbəti təzahürü olmaqla, Fransanı beynəlxalq ictimaiyyət qarşısında nüfuzdan salmağa xidmət edir. Bu gün dünya Azərbaycanın azad olunan ərazilərində 30 il ərzində işğalçıların törədikləri vəhşiliklərin şahidi olur və Fransa Senatının həmin vəhşilikləri törədənlərin kor-koranə müdafiəsinə qaxması onun söykəndiyi humanizm dəyərləri ilə bir araya sığmır. Digər tərəfdən, Ermənistanın özünün belə tanımadığı qondarma Dağlıq Qarabağ rejiminin tör-töküntülərini müstəqil dövlət kimi tanımaq çağırışı ilə ermənidən artıq erməni olmağa çalışan Fransa Senatı özünü gülünc vəziyyətə saldı.
Yaxşı olardı ki, Fransa Senatı öz səylərini Minsk qrupunun həmsədrliyi çərçivəsində bu ölkəyə verilən vasitəçilik mandatının sərhədləri ilə məhdudlaşdırsın və tarixə qovuşmaqda olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasını təşviq edən məsuliyyətsiz bəyanatlardan və təhrikçi çağırışlardan çəkinsin.
Sonda onu da vurğulamağı lazım bilirik ki, görünür Fransa Senatı qəbul etdiyi qətnamənin Azərbaycan–Fransa əlaqələrinə mənfi təsir göstərəcəyini, habelə Cənubi Qafqazda sülhə və əmin-amanlığa növbəti zərbə vuracağını axıra qədər qiymətləndirməmişdir. Fransalı senatorlar unutmamalıdırlar ki, Azərbaycanın beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanata uyğun olaraq ərazi bütövlüyünü bərpa etməsi prosesinin qarşısını bu cür məkrli üsullarla almaq mümkün olmayacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

