Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP ilə AXP arasında əməkdaşlıq intensivləşir

YAP ilə AXP arasında əməkdaşlıq intensivləşir

14.04.2010 [09:23]

Aprelin 15-də İspaniyanın paytaxtı Madriddə Avropa Xalq Partiyasının (AXP) üzvü olan ölkələrin iqtisadiyyat və maliyyə nazirlərinin konfransı keçiriləcək. Konfransa Yeni Azərbaycan Partiyası (YAP) da qatılacaq. Tədbirdə quruma daxil olan dövlətlər arasında münasibətlərin perspektivləri, maliyyə problemləri və dünya iqtisadi böhranından çıxış yolları müzakirə ediləcək. AXP-nin Avropanın nüfuzlu qurumlarından olduğunu deyən YAP Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov vurğulayıb ki, YAP ilə AXP arasında əməkdaşlıq getdikcə daha da intensivləşir. Bu əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiya prosesini sürətləndirən vacib elementlərdən biridir. Digər tərəfdən isə bu, YAP-ın Avropa strukturları və bölgənin ən güclü partiyaları ilə əməkdaşlığı genişləndirməsinin sübutdur. Əli Əhmədov bildirib ki, AXP-yə Almaniyanın federal kansleri Angela Merkelin, Fransa Prezidenti Nikola Sarkozinin rəhbərlik etdiyi partiyalar, ümumilikdə isə Avropa dövlətlərinin 70-dən çox nüfuzlu partiyası daxildir. Onun sözlərinə görə, AXP-nın prezidenti, Belçikanın keçmiş baş naziri Vilfred Martinsin Azərbaycana səfəri AXP-nin ölkəmizə verdiyi önəmin təzahürüdür. V.Martins Avropada münasibətlərin formalaşmasında çox nüfuzlu siyasətçilərdən biridir.

Paylaş:
Baxılıb: 1173 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30