Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Gəncədə şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib

Gəncədə şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib

13.01.2021 [09:40]

Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. YAP Gəncə şəhər təşkilatının nümayəndələrinin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, eləcə də döyüşlər zamanı yaralanan qazilərlə görüşləri davam edir.
Belə ki, Milli Məclisin deputatları - YAP Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri Pərvin Kərimzadə və təşkilatın İdarə Heyətinin üzvü Müşfiq Cəfərov bu kateqoriyadan olan insanlarla növbəti görüş keçiriblər. Görüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə dövlət tərəfindən göstərilən diqqətdən, qayğıdan danışılıb. Millət vəkilləri qeyd ediblər ki, şəhidlərimiz hər zaman qəlbimizdə əbədi yaşayacaq və onların xatirəsini, adını uca tutmaq, yaxınlarına, doğmalarına, ailə üzvlərinə, Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizə diqqət, qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Şəhid ailələrinin üzvləri, qazilər arzu və təkliflərini bildirməklə yanaşı, onlara göstərilən diqqət və qayğıya görə ölkəmizin başcısı, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib, qazanılan uğurlarda, böyük Qələbədə “dəmir yumruğun” əhəmiyyətini xüsusilə vurğulayıblar.

Paylaş:
Baxılıb: 700 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31