/ / Fatma Yıldırım: Qarabağ Dirçəliş Fondunun fəaliyyəti bu bölgənin dirçəlməsi istiqamətində işlərin sürətləndirilməsinə təkan verəcək
Fatma Yıldırım: Qarabağ Dirçəliş Fondunun fəaliyyəti bu bölgənin dirçəlməsi istiqamətində işlərin sürətləndirilməsinə təkan verəcək
13.01.2021 [09:41]
“Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində bizi 30 ilə yaxın həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu. Hazırda işğaldan azad edilmiş torpaqların yenidən qurulması qarşımızda duran ən mühüm məsələlərdən biridir. Sevindirici haldır ki, dövlətimiz tərəfindən Qarabağda yenidənqurma işlərinə başlanılıb. Suqovuşana yol çəkilib, Füzuli-Şuşa yolu müasir standartlara uyğun inşa edilir. Digər kommunal xətlərin bərpası istiqamətində zəruri işlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığı ilə bu işlərin həyata keçirilməsi üçün Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qarabağda aparılacaq işlərə cəlb olunub. Amma bununla yanaşı, ölkə vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız, iş adamları Qarabağın quruculuğu prosesində iştirak etmək istədiklərini hər fürsətdə ifadə edirlər. Bu gün hər kəsin ən böyük arzusu Qarabağın dirçəlməsi prosesinə töhfə verməkdir. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun yaradılması xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım deyib.
F.Yıldırım bildirib ki, hər birimiz təcavüzkar Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımızda əsl vandalizm aktı törətdiyinin, bütün şəhər və kəndlərimizin tamamilə dağıdıldığının şahidi olduq. Düşmən tarixi abidələrimizi, məscidlərimizi məhv edib, bölgənin ekologiyasına çox ciddi ziyan vurub. Bu səbəbdən bizi qarşıda çox vacib bərpa-yenidənqurma işləri gözləyir. Hazırda işğaldan azad edilmiş bir çox şəhərlərimiz yerlə-yeksan olunduğu üçün, sözün əsl mənasında, müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır. Bu istiqamətdə artıq şəhərlərin yeni baş planları hazırlanır.
Deputatın fikrincə, Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə güclü iqtisadiyyat və yüksək rifaha malik bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərəcək, eyni zamanda, dövlət-özəl sektor tərəfdaşlığının inkişafını təmin edəcək, yerli və xarici sərmayələrin cəlb olunması üçün zəruri təşviqat işləri aparılacaq.
“İnanıram ki, bu fondun fəaliyyəti, həmçinin həmrəyliyimizin rəmzinə çevriləcək. Necə ki, müharibə dövründə xalqımız bir yumruq kimi birləşərək böyük Zəfər qazandı, eləcə də Qarabağın dirçəlməsi istiqamətində işlərin sürətləndirilməsinə təkan verəcəkdir. Əminəm ki, bu gün hər kəs özünü qarabağlı hesab edir və bu müqəddəs işə töhfə vermək istəyir. Bunu özlərinə fəxr hesab edirlər”, - deyən Fatma Yıldırım bildirib ki, xaricdə yaşayan soydaşlarımız da Qarabağın quruculuğuna töhfə vermək istəklərini ifadə edirlər. O deyib: “Biz bilirik ki, xaricdə yaşayan çox sayda azərbaycanlı iş adamı var. Bu baxımdan, onların da prosesdə iştirakı çox yaxşı olar. Eyni zamanda, düşünürəm ki, xaricdəki soydaşlarımız Qarabağda yenidənqurma işlərinə sərmayələrin cəlb olunması istiqamətində təşviqat işlərində fəal iştirak etməlidirlər. Çünki zəngin Qarabağ torpaqlarında çoxşaxəli yatırımlar üçün əlverişli şərait yaradılacaq. Düşünürəm ki, Azərbaycan bu ildən etibarən yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu bölgədə aparılan quruculuq, bərpa işləri bütövlükdə xalqımızın rifahının yaxşılaşmasına və ölkəmizin daha da inkişafına gətirib çıxaracaq”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

