Yeni Azərbaycan Partiyasının üzvləri Qarabağ Dirçəliş Fonduna 500 min manat vəsait köçürüblər
17.02.2021 [09:20]
Yeni Azərbaycan Partiyası (YAP) işğaldan azad edilmiş torpaqlarımızda dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə geniş quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 500 min manat vəsait köçürüb.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu vəsait partiyanın fəal üzvlərinin təşəbbüsü ilə fərdi ianəçilik hesabına formalaşıb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası “Qarabağ Azərbaycandır” devizi ilə davam edən kampaniya çərçivəsində, eləcə də Vətən müharibəsi dövründə Silahlı Qüvvələrə Yardım Fonduna və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış YAŞAT Fonduna ianə edib, cəbhə bölgəsində erməni vandalizminin qurbanına çevrilmiş 500-dən çox ailəyə humanitar yardım göstərib. YAP tərəfindən, həmçinin ermənilərin raket zərbələri nəticəsində Gəncə şəhərində evləri dağılmış 13 ailəyə birdəfəlik maddi yardım göstərilib, bu terror nəticəsində valideynlərini itirmiş uşaqlara 18 yaşına çatana qədər aylıq 300 manat məbləğində təqaüd ödənilməsi barədə qərar qəbul edilib.
Yeni Azərbaycan Partiyası Vətən müharibəsi dövründə döyüşən əsgər və zabitlərimizin maddi təminatının daha da gücləndirilməsi, eləcə də yaralılara göstərilən tibbi xidmətə dəstək istiqamətində təqdirəlayiq humanitar tədbirlər həyata keçirib. Bütövlükdə, Yeni Azərbaycan Partiyası tərəfindən bu aksiyalara 455 min manat vəsait sərf edilib.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

